Bobby Caldwell
Biləcəridən O Tərəfə (Bonjour Glamour)
[Bənd 1: PRoMete]
Açıb gözünü şəhərə çıxıb baxsan
Görərsən, bu gedişat aparmır bizi yaxşıya
Dünən səninlə çox yaxın olan adamlar
Səni satıblar bir aylıq işin maaşına
Çünki ayın axırına az qalıb
Pul vermək lazımdır kredit üçün maşına
Bu, oxşayır uzaqdan at yarışına
Hamı göstərir özünü dostuna-tanışına
Bax mən burada dincəlirdim yayda
Arxadakı kateri görürsən? (Ay da)
O, bilirsən, kimindir?
Filankəsin oğlu filankəsindir
Ya da nə bilim, dabanı uzun xanımlar
Özünü elə apara bilər yanında ki
Ağlın çıxa bilər başından
Fikirlərin dəyişər ‘’glamour’’ haqqında
[Nəqərat: Sabina Babayeva]
‘’Bonjour glamour’’
Hər yerdə
Keçə bilmir Biləcəridən
‘’Bonjour glamour’’
Dönübdür dəbə
Rəngarəng həyat
Dönüb bir dərdə
[Bənd 2: PRoMete]
Bakının havası küləklidir, tez-tez dəyişir məcralar
Bəlkə ona görə doludur macəralar
Bir vaxt bu şəhərin çayxana idi sağı-solu
İndi çayxanaların əvəzi “lounge” olub
Əgər cib pul doludursa, yolu bura sala bilir hər kəs
Hər kəs bir-birinin sözünü ‘’brand’’lərlə kəsir
IQ-ə etmir təsir
[Bənd 3: Sabina Babayeva]
‘’Gucci, Armani, Galliano, Versace
Rolex, Swarovski, Majorica, Richie
Montblanc, Cavalli, Рублёвка, Chanel
Hermès, Valentino, Balmain, Куршавель
Louboutin, Hilton, Palma, Marina
Maldives, Jumeirah, Dolce Gabbana
Lamborghini, Tiffany, İbiza, Vertu’’
“Ladies and gentlemen, Welcome to Baku”
[Nəqərat: Sabina Babayeva]
‘’Bonjour glamour’’
Hər yerdə
Keçə bilmir Biləcəridən
‘’Bonjour glamour’’
Dönübdür dəbə
Rəngarəng həyat
Dönüb bir dərdə
(Dönüb bir dərdə, rəngarəng həyat)
[Bənd 4: Sabina Babayeva]
İstəsən, bahalı geyin
Lap istəsən, ‘’Ferrari’’ min (min get)
Əgər boşdursa için
Bunların sənə heç dəyməz xeyri
(Heç bir xeyri dəyməz)
Dostlarınla hər dəfə
Kreditlər üçün yeni səhifə
Bu ‘’glamour’’ ilə də sən
Biləcəridən o biri tərəfə
[Nəqərat: Sabina Babayeva]
‘’Bonjour glamour’’
Hər yerdə
Keçə bilmir Biləcəridən
‘’Bonjour glamour’’
Dönübdür dəbə
Rəngarəng həyat
Dönüb bir dərdə
(‘’Bonjour glamour’’)
‘’Bonjour glamour’’
Hər yerdə
Keçə bilmir Biləcəridən
‘’Bonjour glamour’’
Dönübdür dəbə
Rəngarəng həyat
Dönüb bir dərdə
(‘’Bonjour glamour’’)