Genius Azərbaycan Tərcümə
Eminem - Lose Yourself (Azərbaycanca Tərcümə)
[Skit]
Bax
Əgər yoxlamaq üçün bir şansın varsa
Ya da bir fürsətin
İstədiyin hər şeyi bir anda ələ keçirmək üçün
Onu əlində saxlayardın yoxsa eləcə çıxıb getməsinə icazə verərdin?

[Bənd 1]
Yo, onun ovucları tərli, dizləri zəif, qolları ağırlaşır
Artıq sviterində qusmaq var, anasının spagettisi
Həyəcanlıdır, amma kənardan baxanda sakit və bombaları atmağa hazır görünür
Lakin o, yazdıqlarını unutmağa davam edir
Bütün hamı qışqırmağa başlayır
O, ağzını açır, amma sözlər çölə çıxmır
O tıxanır, necə olur?
Hamı indi lağ edir
Saniyələr gedir, vaxt bitdi
Gerçəklər anidən ortaya çıxır
Ağırlıq itir
Dovşan gedir, o, tıxanıb
O, əsəbidir, amma bu qədər asan təslim olmayacaq
Ondan asılı deyil, bunu bilir
Həyatı bu rinqin iplərinə bağlıdır
Eybi yox, o, bacarıqlıdır
Bunları bilir, amma heç nəyi yoxdur
Evinə geri döndüyü zaman bilir ki, o çox durğundur
Təkrar laboratoriyaya döndüyü zaman
O ümid edir ki, bütün bu həvəsi əlində saxlayıb itirməyəcək
[Nəqarət]
Ən yaxşısı özünü musiqinin axışına burax
O ana sahibsən, ötürməsən yaxşı olar
Sadəcə bir şansın var, bu şansı əldən vermə
Çünki bu fürsət həyatda bir dəfə qarşına çıxar

Ən yaxşısı özünü musiqinin axışına burax
O ana sahibsən, ötürməsən yaxşı olar
Sadəcə bir şansın var, bu şansı əldən vermə
Çünki bu fürsət həyatda bir dəfə qarşına çıxar

[Bənd 2]
Ruhum açılan deşikdən qaçır
Bu dünya aparmaq üçün mənimdir
Məni padşah et, yeni dünya nizamına doğru hərəkət edirik
Normal bir həyat sıxıcıdır, amma super ulduzlar üçün
Ölümə yaxınlaşanda belə hər şey çətinləşir
Tez məşhurlaşır, partladır və birdən hamısı sonlanır
Üzərində qızlar, dünyanı bir ucundan o biri ucuna qədər gəzir
"Globetrotter" olaraq tanınır, yalnız yollar
Sadəcə tanrı bilir ki, evindən uzaqda böyüdü, bir ata olmadı
O evə gedir və qızını güclə tanıyır
Hazırlaş, yenə çətinliklər hələ indi başlayır
Fanları artıq onu istəmir, çünki o, dəbdən düşüb
Onlar flow edən bir axmağın yanına getdilər
Birdən kariyerası bitdi və bir şey sata bilmədi
Beləliklə, serial bitdi, hər şey həllini tapdı
Və düşünürəm ki, bunlar keçmişdə qaldı, dostum
Amma beat öz axarında davam edir
[Nəqarət]
Ən yaxşısı özünü musiqinin axışına burax
O ana sahibsən, ötürməsən yaxşı olar
Sadəcə bir şansın var, bu şansı əldən vermə
Çünki bu fürsət həyatda bir dəfə qarşına çıxar

Ən yaxşısı özünü musiqinin axışına burax
O ana sahibsən, ötürməsən yaxşı olar
Sadəcə bir şansın var, bu şansı əldən vermə
Çünki bu fürsət həyatda bir dəfə qarşına çıxar

[Bənd 3]
Artıq oyun yox, sizin dəb adlandırdığınız şeyi dəyişdirəcəm
Bu yuvanı it qəfəsi kimi parçalayacam
Əvvəldə oynayırdım, amma indi əhvalım dəyişdi
Çeynənib atılmış saqqız kimi səhnəni tərk etmişdim
Amma mən yazmağa davam etdim və bir sonrakı səviyyəyə addım atdım
Dedilər elə-belə dinləyib izləyirlər səni
İçimdəki bu ağrı 9-5 işləməklə dolana bilmədiyim və ailəmə normal bir həyat təmin edə bilmədiyim gerçəyi ilə güclənir
Çünki bu lənətə gəlmiş yemək çekləri ilə uşaq bezi alınmır
Bu bir film deyil, burada Mekhi Phifer yoxdur
Bu mənim həyatımdır və bu zamanlar çox çətindir
Və getdikcə daha da çətinləşir
Toxumumu yetişdirib, sulamağa çalışıram
Həyatım iki seçim arasında sıxışıb qalıb: ata olmaq və karyeram
Ögey ana dramı, onu günahlandırıram
Mən tək bir yerdə dayanmağımı istəməsi məni dəli edir
Bir günün monotonluğu daha məni bu nöqtəyə gətirdi
Sanki bir ilbiz kimiyəm
Özümə bir yol seçməli idim: ya həbsə girəcəkdim, ya da özümü vuracaqdım
Uğur mənim tək lənətə gəlmiş seçimimdir, uğursuzluq yox
Ana, səni sevirəm, amma evi tərk etməliyəm
Bu evdə həyatımı hədər edə bilmərəm
İndi başlayıram
Bu bəlkə də sahib olduğum ilk və tək fürsətdir