Genius Azərbaycan Tərcümə
Eminem - When I’m Gone (Azərbaycanca tərcümə)
[Giriş]
Yaxşı
Bu mənim həyatımdır
Mənim cümlələrimdir, düşünürəm

[Vörs]
Birini nə vaxtsa qolunuzu verəcək qədər sevmisiz?
Söz olsun deyə yox, həqiqətən qolunuzu verəcək qədər?
Onlar sizin canınız olduqlarını biləndə siz də onları zerhiniz olaraq görürsüz
Və siz, ona zərər verməyə çalışan birini məhv edərsiz
Belə ki, karma sizə dönsə və dişləsə nə olardı?
Ya da qarşı çıxdığınız hər şey sizə baxmayaraq sizə dönsə nə olardı?
Və siz onun ağrısının ana mənbəyi olsaydız nə olardı?
"Atacan, bax nə etdim"
Atanın təyyarəyə çatması lazımdır
"Atacan, anam hardadır?
Onu tapa bilmirəm, haralardadır o?"
Bilmirəm Heyli, oyununu oyna qızım, atan məşğuldur
Atan mahnı yazır, bu mahnı öz-özünə yazılmır
Yelləncəyin altından keçəcəm, sonra sən tək yellənməlisən
Sonra bu mahnıya qayıdıram və ona olan sevgimdən danışıram
Anasının əlindən tutur, indi xəyali anası haqda rep edir
Bax bu Slim Şeydidir, qızım, Slim Şeydi dəlidir
Şeydi məni məhşur etdi, amma bu gecə Şeydi vidalaşır

[Nəqarət]
Və mən öləndə, sadəcə davam et, yas tutma
Səsimi eşidəndə sevin
Bunu bil ki, sənə yuxarıdan gülümsəyərək baxacam
Bir şey hiss etmirəm, qızım, heç bir ağrı hiss etmə
Sadəcə arxamdan gül
Və mən öləndə, sadəcə davam et, yas tutma
Səsimi eşidəndə sevin
Bunu bil ki, sənə yuxarıdan gülümsəyərək baxacam
Bir şey hiss etmirəm, qızım, heç bir ağrı hiss etmə
Sadəcə arxamdan gül
[Vörs 2]
Bir yuxu görürəm; Heylini yelləncəkdə yelləyirəm
Heyli səsini başına atır, mahnı oxumağımı istəmir
"Niyə anamı ağladırsan? Niyə anam ağlayır?"
Qızım, atan artıq sizi tərk etməyəcək - "Yalan deyirsən!"
"Həmişə belə deyirsən, bu axırıncı dəfədir deyirsən
Heç yerə getməyəcəksən, ata, sən mənimsən"
O, qapının qabağına qutuları yığır, qapını bloklamağa çalışır
"Atacan, nolar! Ata, getmə! Ata, dayan da!"
Əli cibinə gedir, kiçik bir medal zəncir çıxarır
"Bir şəkil var, bu səni təhlükəsizlikdə saxlayacaq, yanında götür"
Gözlərimi yuxarı qaldırıram, güzgüdə dimdik durub özümə baxıram
Deyəsən bu lənətə gəlmiş divarlar danışır, çünki onları eşidirəm
Deyirlər ki, "doğru olanı etmək üçün bir şansın da var"
Amma bu gecə etməlisən! İndi çıx ordan və gecikmədən onlara sevgivi göstər
Yataq otağımdan çıxan kimi, o səhnəyə çevrilir
Hamı itib, səhnə işıqları açılır və mən də mahnı oxuyuram

[Nəqarət]
Və mən öləndə, sadəcə davam et, yas tutma
Səsimi eşidəndə sevin
Bunu bil ki, sənə yuxarıdan gülümsəyərək baxacam
Bir şey hiss etmirəm, qızım, heç bir ağrı hiss etmə
Sadəcə arxamdan gül
Və mən öləndə, sadəcə davam et, yas tutma
Səsimi eşidəndə sevin
Bunu bil ki, sənə yuxarıdan gülümsəyərək baxacam
Bir şey hiss etmirəm, qızım, heç bir ağrı hiss etmə
Sadəcə arxamdan gül
[Vörs 3]
60 min adam, hamısı kreslolardan tullanır
Pərdə bağlanır, güllər ayağıma atılır
Əyilərək salamlayır və gəldikləri üçün təşəkkür edirəm
Çox gurultulu şəkildə səs olur, kütləyə son dəfə nəzər yetirirəm
Aşağı baxıram, gözlərimə inanmıram
"Ata mənəm! Anama kömək et, biləkləri qanıyır!"
Qızım, biz İsveçdəyik...sən İsveçə necə gəldin?
"Səni təqib etmişdim, ata, tərk etməyəcəyini demişdin
Mənə yalan dedin və indi də anamı üzürsən
Sənə bu dəmir pulcuğu almışdım, üstündə 1 nömrəli ata yazır
Tək istədiyim bu pulcuğu sənə vermək idi
Mesajıvı aldım, əla, mən və anam gedirik"
Qızım, dayan
"Yox, ata, sən seçimini etdin
İndi səhnəyə çıx və fanları bizdən çox sevdiyivi göstər
Onların istədiyi budur, səni istəyirlər, "Marşal" deyə adıvı qışqırırlar
Yuxusuzluğuna təəccüblənmirəm, get bir həb də at
Əlbəttə, gedib bir həb atacaqsan sonra onun barəsində rep yazacaqsan
Demək istədiyim, özün ol"
Alqışları eşidirdim amma heç nə görmürdüm
Pərdənin üzümə necə bağlandığını bilmədim
Ətrafa baxıram, yerdə silah tapıram, tətiyi çəkirəm
Silahı beynimə dayayıram, "öl Şeydi!" deyə bağırıb güllə atıram
Hava qaralır, həyatım gözlərimin önündən axıb gedir
İçində olmalı olduğum təyyarə partlayır və yanıb külə dönür
Oyananda budilnik çalır və quşlar mahnı oxuyur
Yaz fəslidir, Heyli bayırda yelləncəkdə yellənir
Kim'in yanına gedirəm, onu öpürəm və darıxdığımı deyirəm
Heyli isə gülümsəyir, balaca bacısı da göz vurur