[Bənd 1]
Yolun qırağıyla gedir qaqaş, əlində diplomat
İti addımlar avtomat, gözündə linza eynək
Əynində qara pencək, qara nöqtə köynək
Hamıya örnək, mədəni, ağ dəri uşaq bədəni
Ütülü bir az qısa şalvar, babasından yadigar saat
Xalasından hədiyyə ətir, hərəkətlər narahat
Səliqəli bağlanmış qalstuk, istidən beyni "стук"
"Маменькин сыночек" üz-gözü “totuq-motuq”
“Бак”-lar qulağının dibindən, “кантовка” təmiz
Saçlar daranıb, sığallanıb, bığları biz-biz
Səssiz-səmirsiz instituta gedir, qorxur gecikər
Müəllim hirslənər, onu döyər, evlərinə zəng edər
Yolu keçir piyada keçidindən, qırmızı işığı gözləyir
Qızlara baxmır, əksinə - qızlar onu izləyir
Tələbə yoldaşları bizim inteligentdən şübhələnir
Bəlkə o da nəsə, gecə bulvarda şellənir
Qızlar ona gülür, tuturlar tez-tez “прикол”-a
Amma o alicənabdır, özünü qoymur axırıncı yola
Müraciət edir siz-lə təpəsinə qoysan karnizlə
Çevrilib üzr istəyir günahkar yazıq bənizlə
Bilirsiniz niyə o belədir? Bilirsiniz söhbət necə?
Valideynləri ona eyni sözləri deyib yatmazdan öncə
[Nəqarət]
Oğlum, repə qulaq asma, ayıbdır olmaz
Rep bizim milli mentalitetə heç cür yaraşmaz
Gecə yatanda yuxuna girər ordakı sözlər
İzlər səni pis vərdiş, bala, özünü gözlə
[Bənd 2]
İkinci qəhrəman – eyni tip, yazıq evdə itib-batıb
Məhləyə çıxmır, atıb kitab-dəftər önünə, oxuyur dərs
Axşam 10 olmamış kəsilir səs
Otaqdan eşidilir aramla alınan nəfəs
Bəs onun günü necə keçir?
Qaqaşın baxacağı TV kanalları atası seçir
Xəbərlər, istisna halda uşaqlar üçün verilişə baxacaq
Axşam hamam, tualet, sağollaşacaq və yatacaq
Evdə ancaq muğam, xalq mahnısı yığmaları
20 yaşlı, saqqalı uşaqdan razı doğmaları
Qonaqları gələndə evə, o təzə paltar geyinir
Ailəliklə şəhərə çıxırlar, urra – o sevinir
Saqqız çeynəmir, kariyesdən qorxur
Dişlərin 4 saatdan bir yuyur
Küçədə anasının səsin bеş kilometrdən duyur
Evə yeməyə çağırırlar, o qaçır
Mamanın qaranquşu, o qanadlanıb uçur
Məktəbdə insan biologiyası dərsində o qızarırdı
Qorxurdu, kitabı partanın altına soxurdu
Duruxurdu cinsi yetişkənlik haqda еşidəndə
Şəkilləri görəndə, qızlar ona baxırdı güləndə
İnternetin nə olduğunu bilmir, başı ağrayır
Evdə 98-ci il versiya Dendy oynayır
Onun kumiri Mario, Cırtdan, qaqaş fanat
Cizgi filminə baxdın, oğlum? İndi get, yat
Onu da başa düşün, bilirsiniz o böyüyüb necə?
Valideynləri eyni sözləri deyib ona hər gecə
[Nəqarət]
Oğlum, repə qulaq asma, ayıbdır olmaz
Rep bizim milli mentalitetə heç cür yaraşmaz
Gecə yatanda yuxuna girər ordakı sözlər
İzlər səni pis vərdiş, bala, özünü gözlə
Oğlum, repə qulaq asma, ayıbdır olmaz
Rep bizim milli mentalitetə heç cür yaraşmaz
Gecə yatanda yuxuna girər ordakı sözlər
İzlər səni pis vərdiş, bala, özünü gözlə
[Bənd 3]
Yeri var, yerlə sürünən balaqlar “кроссовка”
İki gündən bir “тусовка”, dörd gündən bir “тайский” masaj
Telefonda – mesaj, heç vaxt olmur “мандраж”
Tamam ayrı növ qaqaş, açmırıq baş
Diribaş şəhər uşağı, cd player, hip-hop
Onun dostu küçə, musiqi, basketbol, top
"İntim-shop" onu tanıyır, çoxdankı müştəri
Həri, qızların nömrələri, adresləri, şəkilləri
Diskotekada onu taparsınız əgər itirsəniz
Haradasa görsəniz, bilsəniz, kimdənsə eşitsəniz ki
O yoxa çıxıb, deməli nəsə iş var
E-mail-də saysız-hesabsız göndəriş, bildiriş var
Evdə tapılmır, 12-dən 24:00-a qədər
Uşaq bağçasına getməyib çünki hesab edib hədər
11 il oxuyub məktəbdə, hər gün bir dəbdə
Müəllimlər dərsdə, valideynlər üzün görməyib evdə
Bilirsinizmi niyə belədir? Çünki hər gecə
Ona aşağıdakı sözləri deyən olmayıb yatmazdan öncə
[Nəqarət]
Oğlum, repə qulaq asma, ayıbdır olmaz
Rep bizim milli mentalitetə heç cür yaraşmaz
Gecə yatanda yuxuna girər ordakı sözlər
İzlər səni pis vərdiş, bala, özünü gözlə
Oğlum, repə qulaq asma, ayıbdır olmaz
Rep bizim milli mentalitetə heç cür yaraşmaz
Gecə yatanda yuxuna girər ordakı sözlər
İzlər səni pis vərdiş, bala, özünü gözlə