Vüqar Əbdülov
Bakı Bağları
[Bənd 1]
Sən o vaxt bu kənddən qatarla getdin
İndi sən yoxsan, qatar da yoxdur
Dalınca bir qatar durnalar uçdu
Sən gedəndən bəri durnalar da yoxdur
Dalınca bir qatar durnalar uçdu
Sən gedəndən bır durnalar da yoxdur

Hər il yaz gələndə köçərdiz bağa
Çıxardın ağacdan ağ tut yığmağa
Hasardan baxardım hey sola, sağa
İndi o ağac da, hasar da yoxdur
Hasardan baxardın hey sola, sağa
İndi o ağac da, hasar da yoxdur

[Nəqərat]
Nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahid ilk sevgimə köhnə bağlar idi

Ay, nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahid ilk sevgimə köhnə bağlar idi
[Bənd 2]
Köhnə kənd yerində, şəhər dəbində
Şalvarda gəzərdin, əlin cibində
Çiçəklər əkərdin divar dibində
Söküblər, indi o divar da yoxdur
Nərgizlər əkərdin divar dibində
Söküblər, indi o divar da yoxdur

Uzunsaç kuklana paltar tikərdin
Hər gün sığallayıb, saçın hörərdin
Mismarla çinarda şəkil çəkərdin
Kəsiblər dibindən, çinar da yoxdur
Mismarla çinarda şəkik çəkərdin
Kəsiblər, o yazıq çinar da yoxdur

[Nəqərat]
Nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahid ilk sevgimə köhnə bağlar idi

Ay, nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahid ilk sevgimə köhnə bağlar idi
[Bənd 3]
Səhərlər təndirə çörək yapardın
Bir gün bizdən də gəldin odun apardın
Axşamlar tavayla tum qovurardın
O tumun dadından heç harda yoxdur
Axşamlar çırtaçırt tum qovurardın
O tumun dadından heç harda yoxdur

Nə o vaxt bu kənddə kənar var idi
Nə bu asfalt, nə “mall”, bazar var idi
Sanki bir sən, bir də Vüqar var idi
İndi sən də yoxsan, Vüqar da yoxdur
Sanki bir sən, bir də Vüqar var idi
Sən köçüb gedəndən Vüqar da yoxdur

[Nəqərat]
Nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahid ilk sevgimə köhnə bağlar idi

Ay, nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahid ilk sevgimə köhnə bağlar idi
Bir də şahid ilk sevgimə köhnə bağlar idi
Bir də şahid ilk sevgimə
Sən o vaxt bu kənddən qatarla getdin