Vüqar Əbdülov
Can Bakı
[Bənd 1]
Gecələri par-par yanır gur işıqlar
Təsəvvür etmək olmur, danışı4lar
Cazibədar, füsunkar yaraşıqlar
Hüsnünə cənnət deməyim, neyləyim?

[Nəqərat]
Axı səni mən çox sevirəm, can Bakı
Axı səni mən çox sevirəm, can Bakı

[Bənd 2]
Bakıda görülmüş işlərin hər biri
Yüz illər nişanı “Bibiheybət” pirin
Əsaslı bərpa və gözəl təmirin
Tarixə hörmət deməyim, nə edim?

[Nəqərat]
Doğma, müqəddəs, əziz ünvan Bakı
Axı səni mən çox sevirəm, can Bakı

[Bənd 3]
Yollar boyunca hörülən hörgülər
Hərəkət üçün yolötürücü körpülər
Bu inşa hansı qiymətlə ölçülər?
Bax buna ziynət deməyim, nə edim?
[Nəqərat]
Olur görənlər sənə heyran, Bakı
Axı səni mən çox sevirəm, can Bakı

[Bənd 4]
“İçərişəhər” tarixi yaddaş kimi
“Qız qalası” qızıl üzüyün qaşı kimi
Altı qara qızıl, üzü göz yaşı kimi
Xəzərinə sərvət deməyim, nə edim?

[Nəqərat]
Hər tərəfi park və xiyaban Bakı
Axı səni mən çox sevirəm, can Bakı

[Bənd 5]
Səndə həyat var, canımızsan bizim
Mənzilimiz, ünvanımızsan bizim
Ad-sanımızsan, şanımızsan bizim
Mən buna hörmət deməyim, nə deyim?

[Nəqərat]
Adın düşüb dillərə dastan, Bakı
Axı səni mən çox sevirəm, can Bakı

[Bənd 6]
Bu millətə, bu xalqa, bu dövlətə
İnkişafımızda olan sürətə
Bəhrəsini verən bu böyük zəhmətə
Müvəffəqiyyət deməyim, nə deyim?
[Nəqərat]
Canım-gözümsən, sənə qurban, Bakı
Axı səni mən çox sevirəm, can Bakı

Axı səni mən çox sevirəm, can Bakı
Sənə qurban, Bakı
Canım-gözümsən, sənə qurban, Bakı
Sənə qurban, Bakı...