Vüqar Əbdülov
Neyjən
[Giriş]
Hamının balasın saxlasın Allah
Balasız dünyanın ləzzəti yoxdur
O kəsin qoy versin payını inşallah
Hər kimin hələ ki qisməti yoxdur

[Bənd 1]
Sən gələndə həyata
Çiçək açdı arzumuz
Ömrümə bəzək verən
Bir yaraşıqdı bu qız

Sən gələndə həyata
Çiçək açdı arzumuz
Ömrümə bəzək verən
Bir yaraşıqdı bu qız

Gülüşü zərif, gözü qara
Saçı əsmər balanı
Neyjən adlandırdıq
Biz bu incə, tər balanı

Gülüşü zərif, gözü qara
Saçı əsmər balanı
Neyjən adlandırdıq
Biz bu incə, tər balanı
[Nəqərat]
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyəın, mənim günüm, ayım, ulduzum

Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum

[Bənd 2]
Neyjəni hamı sevir, fərəh ilə dindirir
O şirin cavabları bizləri sevindirir
Neyjəni hamı sevir, fərəh ilə dindirir
O şirin cavabları bizləri sevindirir

Arabir uşaqlıq aləminə dönsə də xəyalı
Özlüyündə yetkinləşib artıq ağlı, kamalı
Arabir uşaqlıq aləminə dönsə də xəyalı
Özlüyündə yetkinləşib artıq ağlı, kamalı

[Nəqərat]
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum

[Bənd 3]
Əvvəllər soruşardıq, cavab verir incə səsi
Deyirdi, həkim olacaq, vardı uşaqlıq həvəsi
Sonralar məktəbə, dərsə alışıb elm oxudu
Bəzi işlərinə baxanda heç uşaqlıq yox idi

Dünyanı dərk elədikcə tapdı özünə ixtisas
Son qərara gəldi ki, olmalıyam hüquqşünas
Gün keçir, ay dolanır, hamı yaman maraqlanır
Görək, axır ki, bu qız hansı aləmə bağlanır?

Bu gözəl, şirin, kiçik qız böyüyüb kamil ola
Nə qədər arzusu olsa hamına nail ola
Talehi yar ola ona bu yolda hər vaxtı
Kaş, onun gül üzünə gültək açılsın baxtı

Tanrı hər arzusunu kaş ki keçirsin həyata
Nə qədər istəyi varsa, ona aləmdə çata
Baxaraq fəxr eləyə ailəsi Neyjən qızına
İncə bir tər çiçəyə, bəxtlərinin ulduzuna
[Nəqərat]
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum

Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum