Vüqar Əbdülov
Sən Elə, Mən Belə
[Bənd 1: Vüqar Əbdülov]
Bir gün dedim: “gəl görüşək
Bakı bulvarına düşək”
Dedi ki: “Mümkün deyil
Gecdir, buraxmaz anam”
Deyinərək deyin – deyin
Çatdı qaşın, atdı çiyin
Heç “sağ ol” da demədi
Çıxdı, getdi, vəssalam
[Nəqərat: Trio]
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə
[Bənd 2:Ədalət Şükürov]
Üç gün deyil, beş gün deyil
Mən ona salmışam meyil
Gündə bir on dəfə də
Halını soruşuram
O da əvəzində yaman
Kefimə doğrayır soğan
Elə küsür, inciyir
Yalvarır, barışıram
[Nəqərat: Trio]
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə
[Bənd 3: Kamran Həsənli]
Siz deyənlər nədir əşi?
Bunun lap oyundur işi
Dərdimi açsam, desəm
Qəlbin od tutub yanar
Ona baxma, buna baxma
O kim idi verdin salam?
Bundan olsa özünü də
Özümə qısqanar
[Nəqərat: Trio]
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə
[Bənd 4]
[Ədalət Şükürov]
Gəlin, bunlardan ayrılaq
Başımıza çarə qılaq
[Vüqar Əbdülov]
Hərəmiz çıxaq gеdək
Öz işimizin dalına
[Kamran Həsənli]
İstər kişi, istər qadın
Duymursa sevginin dadın
[Vüqar Əbdülov]
O heç sevə də bilməz
Vay o kəsin halına!
[Nəqərat: Trio]
Siz еlə, biz belə
Düşmüşük dildən – dilə
Sevgi oyuncaq deyil
Vallahi, olmaz belə!
Siz elə, biz belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Siz elə, biz də belə