Vüqar Əbdülov
Açıq Qapı
[Bənd 1: Ədalət Şükürov]
Artıq qovuşmuşuq...
[Vüqar Əbdülov]
Açıldı eşqin qapısı üzümüzə
Şadlıq ilə doldu fərəh gözümüzə
Çəkdiyimiz “ah” çəkilib dağlara
Fəsli-bahar gəldi yenə bağlara
Qurtarıb hicran dəminin müddəti
Yetdi sona eşqimizin həsrəti
Açıldı eşqin qapısı üzümüzə

[Nəqərat: Ədalət Şükürov]
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən də barış, gül, danış
Mən yarımla barışdım
Sən də barış, gül, danış

[Bənd 2: Ədalət Şükürov]
Dostumla görüşdüm...
[Vüqar Əbdülov]
Ülvidir bir-birinə olan sevgimiz
Yoxdur bizim saxta, yalan sevgimiz
Candan əzizdir bizə cananımız
Saxta deyil əhd ilə peymanımız
Həsrəti bir vaxt yaşadıq indisə
Vəslə yetirdi bizi bu hadisə
Açıldı eşqin qapısı üzümüzə
[Nəqərat: Ədalət Şükürov]
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən də barış, gül, danış
Mən yarımla barışdım
Sən də barış, gül, danış

[Bənd 3: Ədalət Şükürov]
Eşqim aşıb daşır...
[Vüqar Əbdülov]
Ayrılıq və həsrət arxada qaldı
Həqiqət sonunda öz yerin aldı
Eşqimiz artıq elə bir sədd çəkib
Dərd – qəmin üstdən əbədi xətt çəkib
Ayrılığa səbir elədik, nəhayət
Sonda qovuşmaq oldu bizə qismət
Açıldı eşqin qapısı üzümüzə

[Nəqərat: Ədalət Şükürov]
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən də barış, gül, danış
Mən yarımla barışdım
Sən də barış, gül, danış
[Bənd 4: Ədalət Şükürov]
Sağ ol, sağ ol, ay Vüqar...
[Vüqar Əbdülov]
Olimpiya binaları yan – yana
Böyük qayğı göstərilir idmana
Gəlir ölkəmizə qızıl medallar
Açıldı bir neçə özəl kanallar
Biz “Bakı-Ceyhan” kəmərini də açdıq
Avropaya günəş şüası saçdıq
Açıldı xeyli qapılar üzümüzə

[Nəqərat: Ədalət Şükürov]
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən də barış, gül, danış
Mən yarımla barışdım
Sən də barış, gül, danış

[Bənd 5: Ədalət Şükürov]
Qapı da açıldı...
[Vüqar Əbdülov]
“Bağlı Qapı” yaman düşərli oldu
İlin “Grand” mükafatını da aldı
Tanıyırdı bu xalq sənətkar bizi
Bu mahnı lap etdi populyar bizi
Nəhayət, sən Ədalətlə mən Vüqar
Həsrətin qapısına tapmışıq açar
Açıldı eşqin qapısı üzümüzə
[Nəqərat: Ədalət Şükürov]
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən də barış, gül, danış
Mən yarımla barışdım
Sən də barış, gül, danış