Vüqar Əbdülov
Eşqin Kitabı
[Bənd 1]
Sanki zəncir vurulub
Bu saat qollarıma
Səpilib qara tikan
Elə bil yollarıma

Fələyin çarxı dönüb
Gözümün nuru sönüb
Ürək halsız döyünür
Yaşamaq eşqim ölüb

[Keçid]
Budur eşqin kitabı
Olmayaydı belə kaş
Həm onu bağlamışam
Həm də ki qəlbimə daş

Ağlıma gəlməz idi
Əhdi yarım qıracaq
Mənə bu vurduğu od
Özünü yandıracaq

[Nəqarət]
Elə bil ömrü boyu dinməmişəm
Bilməmişəm
Sanki dünyaya mən heç baxmamışam
Görməmişəm
Bu həyatın yoludur
Yaxşı-yamanlarla dolu
Bunların fərqini mən görməmişəm
Bilməmişəm

(xor)
Bu həyatın yoludur
Yaxşı-yamanlarla dolu

Bunların fərqini mən bilməmişəm
Bilməmişəm

[Bənd 2]
Bu şirin gözlədiyim
Nağılın bax sonuna
Məgər ilbisdirmi o?
Girib insan donuna

İnanıb xoş sözünə
Ona verdim canımı
Pozdu xaincəsinə
Əhdimi-peşmanımı

[Keçid]
Budur eşqin kitabı
Olmayaydı belə kaş
Həm onu bağlamışam
Həm də ki qəlbimə daş
Ağlıma gəlməz idi
Əhdi yarım qıracaq
Mənə bu vurduğu od
Özünü yandıracaq

[Nəqarət]
Elə bil ömrü boyu dinməmişəm
Gülməmişəm
Sanki dünyaya mən heç baxmamışam
Görməmişəm
Bu həyatın yoludur
Yaxşı-yamanlarla dolu
Bunların fərqini mən görməmişəm
Bilməmişəm

(xor)
Bu həyatın yoludur
Yaxşı-yamanlarla dolu

Bunların fərqini mən bilməmişəm
Bilməmişəm

Elə bil ömrü boyu dinməmişəm
Gülməmişəm
Sanki dünyaya mən heç baxmamışam
Görməmişəm
Bu həyatın yoludur
Yaxşı-yamanlarla dolu
Bunların fərqini mən görməmişəm
Bilməmişəm
(xor)
Bu həyatın yoludur
Yaxşı-yamanlarla dolu

Bunların fərqini mən bilməmişəm
Bilməmişəm