Rüzgar
Yaşıl
[Verse:1]
Başım hərlənir qırmızı gözlərim.
Səni iki görür göz düz göstərmir.
Axı qeydimə qalacaq
Biri yoxdu, mən əriyirəm xəstəyəm
Qal, mənlə qal
Gör sənsiz nə haldayam.
Qal..
Mənə nəsə oldu, görəsən mən hardayam ?!

[Chorus]
Mənim gözlərim axır.
Bir söz de çağır.
Mən gözlədim axı.
O söz demir baxır.
Gözlədim axı.
Gözüm yolda qalıb.

[Verse:2]
Göy qurşağının hər rəngini yaşıl rəngə boyadım
Və o yadımdan çıxdı, məni bu yuxudan oyadın.
Getmə, qal, sənə söz verirəm düzələcəm.
Qoy adının qabağında qalsın mənim soyadım.
Üçbucaq içində biz. Biri mən, biri sən. Biri nə?
Sonumuz qara zolaqdır, gəl dönək hər şeyin əvvəlinə.
Dünən özümə gəlmək üçün sevmədiyin ətri yenə
İçimə aldım. Nə yalandan deyim ?! Bunu gizlətmirəm
[Chorus]
Mənim gözlərim axır.
Bir söz de çağır.
Mən gözlədim axı.
O söz demir baxır.
Gözlədim axı.
Gözüm yolda qalıb