Rüzgar
Grammy
[Intro]

Rüzgar a.k.a. Kamikadze

[Verse:1]

Müəllim olsaydım, öyrədərdim
Ölkəmə vicdanla xidmət edərdim
Bankir olsaydım, xeyir verərdim
Şərik olardım hər kasıbın dərdinə

Həkim olsaydım, nəbzini tutardım
Hər xəstəyə düzgün edərdim yardım
Alim olsaydım, dünyanı açardım
Polis olsaydım, özümü tutardım

Xaker olsaydım, sistemə sızardım
Risk edib elə bir plan cızardım
Əhalinin borcu əhalidən silinib
Köçərdi hər hansı bir məmurun hesabına

[Chorus]

Не на вижу эту тему
Мне нужен этот "Grammy"
У меня больше нету времени
Мне нужен этот "Grammy"
[Verse:2]

Rejissor olsaydım, "Oskar" alardım
Kinomotoqrafiyamız bir az tanınardı
Vizyonum "Hollywood"a xas kanallarda
Filmlərim dillərə dastan olardı

İdmançı olsaydım, seçərdim futbolu
Alardım rəqibimin ayağından topu
Aldadardım onu, qaçıb vurardım qolu
Cırardım Kurtuanın qapısının torunu

Rəssam olsaydım, ağ olardı tonum
Beynim olardı kreativ ideyalarla dolu
Dizayner olsaydım, ən azından fontum
Hamı indi istifadə edərdi onu

[Chorus]

Не на вижу эту тему
Мне нужен этот "Grammy"
У меня больше нету времени
Мне нужен этот "Grammy"