Rüzgar
Olacaq
[Giriş]
Ahhh, ha, ha!
Rüzgar a.k.a Kamikadze!
"Sərt Əsinti 2" albom!
Muziqi Production, Sensei Beats, motherfucker, ah!

[Bənd 1]
Bu albom nədən xəbər verir, otur dinlə məni
Zirvəyə qalxmaq üçün yordu nə qədər pillə məni
Bu dəfə siz danışın, içinizdən hər kimsə
Elə bil söyüş qoyub siz barədə dillənəni
Rüzgar'ın qafiyəsi poladdan da sərtdir
Bizə çox yaxınlaşma, inan ki, məsləhət deyil!
Və əgər planınızda hücum eləmək varsa, gəlin
Sətirlər müdafiəm, elə bil Çin səddi
"Düzül!" dedi, qoydum önümə, düzünü dedim
16 "track"in hər birində bir-bir düzünü dedim
Hə, düzünü dedim, başqa bilirsən nə dedim?
Dedim ki, ləzzət eləmir, "Ağızı, burunu büzün!" dedim
Gəl bizlə, söz bizdə, göz bizdə
Bəsdirin artıq, oldunuz bu qədər razı özünüzdən
Bilsəm ki, öləndən sonra qədrimi biləcəklər
O zaman ölmək istəyirəm, bezdim əlinizdən

[Bənd 2]
Ahhh, bu yollar əngəllidir, gələn gedir, gedən gəlmir
Qəzəbli dalğalar batırdı neçə gedən gəmini
Problem əsəbə qarışır, onlar da sənə qarşı
Yıxılmağını gözləyirlər, vursunlar belinə qarşı
Amma sən izin vermə, dibinə qədər mübarizə
Təki sən dürüst ol və gediləsi yol tapılar bizə
Qapıları sındır, gir, sənindir, sahiblən!
İndi sən qorxudursan ətrafını zahirinlə
Bilirəm, bilirəm nə qədər, biri mən, biri mənim qədər
Ölülərin içində qalan diri mən, diri mənim qədər
Önə getmək üçün sus, gir ona dibinə qədər
Amma bunlar mənə ziddir ta bu gündən ölənə qədər
Tez-tez de, Rüzgar'ın qədri bilinmir AzRap'də
Test istə, testini verdim artıqlamasıyla
Bəsdir hirsləndin! Rüzgar, bəsdir hirsləndin!
Bil ki, əsl "rap"ə qulaq asan daim bizlədir!