[Giriş]
Bu sənin üçün ən böyük şans
De sənə daha nə lazım?
Həvəsdən düşmə, bu sonda söz indi sənin, ol hazır!
[Bənd 1]
Öncədən deyim, bilin, bu "track" "diss" zad deyil!
"Battle Rap" bizə "оддельны" verdi payını, "cheat" zad deyil
"Kозыр" var, biz sadəyik, "track" var, amma heç kim dəstək vermir
Sifət eləyir, hirs zad, sonra bir saat deyinir
Və saysan 100-də 900-ı virtual dinləyici
Geyimimə fikir verməkdənsə, gəl və dinlə içimi
Mən yeni bir çevrim hazırladım, keçdi bir neçə ilim
"Battle" nə? Tək Tük "MC", bunu da beyinə yeridəcək, "блинь"
Gecələr yatmadım, yazdım və bütün rejim pozuldu
De belə bir "MC"ni AzRap, görəsən, niyə tez unudur?
Mən 300 albomu sata bilmədim və həvəsdən düşərək
Psixi təsir altda qaldım, çürüdü, leşim toz oldu
Birləşin, tez ol, durun! AzRap'i bizdən bilin
Albomun satış günü gələndə qaçıb gizlənməyin
Çox adamı bizdən bilib, həvəsləndim heç olmasa
Yalanda "respect" yazanlar rədd olub əl çalmasın!
[Nəqarət]
Eyo, hamı bir yerdə, getdik, de!
Rüzgar, Rüzgar, Rüzgar, Rüzgar!
Rüzgar, Rüzgar, Rüzgar, Rüzgar, bir də!
Rüzgar, Rüzgar, Rüzgar, Rüzgar!
Rüzgar, Rüzgar, Rüzgar, Rüzgar!
[Bənd 2]
Hərkəsə maraqlıdır niyə sevgidən yazmıram mən
Onlar bilmirlər ki, istəsəm də, yazmır əllər
Çünki mən gördüyüm sevginin yarısını danışsam
Sən ətin ki, qulaq asarsan, qorxudan ağzın əyilər
Hər şeyi yarıda qoydum, qaçdım ancaq "rap" dalınca
Bu yolda məqsədlərim vardı, onu mən "rap"dən alınca
"Rap" mənim canımı aldı, tükəndi güc, qaldım halsız
Və o gün çıxıb getdi dəyər verdiklərimin hamısı
Dayanma tək qıraqda, çox adamı yaxına buraxdım
O vaxtı yıxılan hər bir adamı qaldırıb axına buraxdım
Hər şeyin qabağını almaq ola bilər, amma tək vaxtın
Zamanla tanıyıb hər birini, tərk edib, tək buraxdım
24 yaşıma gəldim, artıq atam "İşlə" deyir
Açığını desəm, xoşuma gəlmir atamın işlədiyi yer
Çünki iş ağır, atam yaşlı, adamı bu yandırır
Yalvarıram, atam, çıx işdən, evi mən dolandırım, xahiş eləyirəm!
[Nəqarət]
Bir, bir, bir, bir!
Eyo, hamı bir yerdə, getdik, de!
Rüzgar, Rüzgar, Rüzgar, Rüzgar!
Rüzgar, Rüzgar, Rüzgar, Rüzgar, bir də!
Rüzgar, Rüzgar, Rüzgar, Rüzgar!
Rüzgar, Rüzgar, Rüzgar, Rüzgar!
[Bənd 3]
Deyirlər sek-sektor uşaqlarıdır müasirlik
Əvvəllər istəyirdim sizə sürpriz hazırlayım
Qabağıma çıxsalar, vurum və sonra düşündüm ki
Dəyməz sizə görə məni narahat etsin Nazirlik
AzRap’in kitabını tapsan, adımız qalın listdə
Elə olur bir gün milliyyətçi, bir gün kommunistəm
Hərçənd nə istədim, bilmirəm mən, soruşsan əgər
Deyərəm: "Fuck President!", - deyərəm: "Fuck System!"
Üzr istəyirəm!
[Çıxış]
Eyo, əgər beyninizə nə qoymusunuzsa, onu axıracan gedin!
Əmin olun ki, bir gün mütləq alınacaq, necə ki məndə alınır!