Dr. Dre
Dr. Dre - I Need a Doctor ft. Eminem & Skylar Grey (Azərbaycan Tərcümə)
[Nəqarət: Skylar Grey]
Ağlımı itirmək üzrəyəm
Uzun zamandır yoxsan
Zamanım tükənir
Mənə bir həkim lazım, mənə bir həkim çağırın
Mənə bir həkim lazım, məni həyata geri gətirməsi üçün

[Verse 1: Eminem]
Bütün dünyaya söylədim, bir gün borcumu geri ödəcəyəm
Bunu kasetdə saxladım, bir gün kaseti yenidən oxuda bilim
Amma bunu söyləyərkən mən belə inanmırdım
Şübhə getdikcə yaxınlaşır
Hər günüm ya qara, ya da boz
Ümid, mənə sadəcə bir zərrəsi lazım
Çünki, kimsə mənim gördüyümü görmür
Musiqimlə söyləməyə çalışdığımda bərbad deyirlər
Onlar mükəmməlin nə olduğunu bilmirlər
Bunu yazarkən ayıq olub-olmadığımı belə bilmirəm
Tək bildiyim şey bu pis günlərimdə yanımda olmağının zərurəti
Mənə dayaq oldun, yeni bir həyat verdin
Bütün bunları sənə borcluyam
Amma niyə mənim gördüyüm kimi görə bilmədiyini anlamıram
Bu içimdən gəldi, sən oğlunu itirdin
İblislər səninlə vuruşur, hər yer qaranlıq
İzn ver işıqları yandırıb hər yeri aydınladım və nə olduğunu görməyinə şərait yaradım
Mənim üçün nə ifadə etdiyini bildiyini sanmıram, həm də heç
Çünki, səninlə mən bir komanda kimi idik, sənin köməkçin idim
Bu lənətə gəlmiş mikrofonu buraxdıqda mənimlə savaşmaq istəyəcəksən
Ya da məni qucaqlayacaqsan, amma seçimlərim çox az
Edə biləcəyim bir şey yoxdur, çünki..

[Nəqarət: Skylar Grey]
Ağlımı itirmək üzrəyəm
Uzun zamandır yoxsan
Zamanım tükənir
Mənə bir həkim lazım, mənə bir həkim çağırın
Mənə bir həkim lazım, məni həyata geri gətirməsi üçün

[Verse 2: Eminem]
Sənin çırpındığını gördükcə üzülürəm; mənə yeni fikirlərlə gəlirsən
"Onlar sadəcə piyada" deyirsən, başa düşmürəm
Çünki, eşitdiklərim çox mənasız
Amma ya getdikcə tənbəlləşirsən
Ya da artıq özünə inancın qalmadı
Öz fikirlərini belə canlandıra bilmirsən, elə görünür
Qərar verə bilmirsən, özünü günahlandırırsan
Və hardasa mənim köməyim üçün yalvarırsan da
Sanki mən sənin liderinəmmiş kimi, mənim ağıl müəllimim olmalı idin
Artıq dayana bilmirəm, kim olduğunu xatırla
Mənə inanan sən idin
Halbuki hər kəs məni götürməməli olduğunu söylərkən
Şirkətindəki hər kəs, gəl həqiqətlərdən danışaq
Kariyeranı mənim üçün riskə atan sən idin, bunu ikimiz də bilirik
Kimsə ağ birisi ilə əlləşmək istəmədi
Dre, bu kabinetdə ağlayıram
Həyatımı xilas etdin, indi isə xilas etməsi sırası məndə
Amma sənə əsla borcumu ödəyə bilmərəm, etdiklərin hər şeydən önəmli
Amma inanmaqdan əl çəkmirəm, sən də məndən
Oyan Dre, ölürəm, sənə ehtiyacım var, Tanrı xatirinə geri dön!
[Nəqarət: Skylar Grey]
Ağlımı itirmək üzrəyəm
Uzun zamandır yoxsan
Zamanım tükənir
Mənə bir həkim lazım, mənə bir həkim çağırın
Mənə bir həkim lazım, məni həyata geri gətirməsi üçün

[Verse 3: Dr. Dre]
Ciddən bir ömür öncəymiş kimi hiss edirəm
Yenə də xatırlayıram sanki dünən baş verib
Sarı paltarınla gəldin, içəridəki hər kəs lağa qoydu
Sən studioya girənə kimi, mikfrofonu öldür demişdim
Dostlarım oldu, bəziləriylə yola getdik
Amma hamısı getdi, ölənə kimi dost qalacağımızı söyləmişdilər
Bəs indi hansı cəhənnəmdədirlər?
Tam onlara ehtiyacım varkən heç birini görə bilmirəm; tək gördüyüm Slim
Hamınız rədd olun! Yalnız ona ehtiyacım var
Lənətə gəlmiş xainlər
Çətin vəziyyətə düşdüyümüzdə sadəcə izləyib güldünüz
İndi isə Aftermath'ın qəzəbini görəcəksiniz, ibnələr!
Bizi yalnızca işləyərkən görəcəksiniz
Və "Harada idiniz" deyə soruşacaqsınız
Götümün qərarsız yanaqlarını öpün, qurdlar, Eminem'iminkiləri də
Pox kimi beatlər və riyaziyyat
Gic prodüsserlər; Mən geri döndüm, piçlər!
Son bir CD daha və sonrasında əşyalarımı toplayıram
Və ayrılarkən də qaranti verirəm ki, qışqıracaqsınız
"Dre, bizi belə qoyma dostum" çünki..
[Nəqarət: Skylar Grey]
Ağlımı itirmək üzrəyəm
Uzun zamandır yoxsan
Zamanım tükənir
Mənə bir həkim lazım, mənə bir həkim çağırın
Mənə bir həkim lazım, məni həyata geri gətirməsi üçün