Namiq Qaraçuxurlu
Ürəyimin Oğrusudur
Bu həyatda qəfil gələn
Bir sevgidir bir də ölüm
Belə qismət olmaz olsun
Sevənlərə verir zülüm
Tanrı yazır mələklərə
Deyir onlar tez qovuşsun
Duyur fələk tez ayırır
İsdəyir ki, həsrət olsun
Varsa günahım, baxma gözümə
Qaytar ürəyi, qaytar özümə
Var ümidim anlayar o
Mən deyiləm əhdə dönük
Öz-özünü danlayar o
Bilməsə də səhvi böyük
Mən nə dedim yandı canım?
Bəlkə də ən doğrusudur
Söyləyirəm bilsin hamı!
O ürəyimin oğrusudur
Həyatımın sevgisidir
Canım qədər sevdim onu
Tutaydı kaş əllərimdən
Bu həsrətin gəlsin sonu
Qışım donub, yazım solub
Keçmir inan bu fəsillər
Anlayarsan bəlkə bir gün
Qiymətimi keçsə illər