Namiq Qaraçuxurlu
Rəvayət
Qulaq asın camaat, mən danışım nəhayət
Bu məhəbbət aləmi çoxusuna vermiş qəmi
Mən de əzab çəkmişəm, çox iztirab çəkmişəm
Kim ki gəlibdi xoşuma, nə iş gəlib başıma
Yaş dola-dola gözlərə danışıram sizlərə
O, vəfasızdan sonra, düşməmək üçün tora
Sevməyəcəm söylədim, tənha ömür eylədim
Keçdi xeyli zamanlar, ötdü bir neçə anlar

Bir qız gördü gözlərim, yaddan çıxdı sözlərim
Bu qız əcəbdir əcəb, sev məni eyləyir tələb
Dedim çatar köməyimə, təsəllidir ürəyimə
Düşdüm onun dalınca, ondan bir söz alınca
Lap üreyim patladı, sanki bağrım çatladı
Her o, dərsə gedəndə getdim onunla mən də
Çox elədim and, yaman axırdı ki, bir zaman
Çıxardıb ince səsin söylədi öz kəlməsin

Baxma mənim yaşıma, çox iş gəlib başıma
Xeyli ömür sürmüşəm, çox haqsızlıq görmüşəm
İndi isə bir insanı, tanımadığım oğlanı
Nece sevərəm söyləyin, mənə etibar eyləyin
Özün fikirləşginen,məni başa düşginən
Söylədi öz sözlərin, süzdürərək gözlərin
Dedi bu qədər vəssalam, yoluna eylədi davam
Donub yerimdə qaldım, bir az xəyala daldım
Düşündüm ki, düz deyir, çox ağıllı söz deyir
Daha dalınca getmiyim, çox onu incitmiyim
Haçansa öz qismətim, həqiqi Məhəbbətim
Çıxar mənim qabağıma, cavab verər sorağıma

Ondan sonra hər gecə bilmirdim yatım necə
O cananın xəyalı, onun hüsnü-camalı
Gözümdəydi hər saat, məni qoymurdu rahat
Dözmüyüb bir gün səhər durub ayağa bir təhər
Görüşünə getdim yenə deyim vurğunam sənə
Gördüm gəlir uzaqdan, getdim əldən-ayaqdan
Az qalmış idi çaşım, istədim yaxınlaşım
Yaxınlaşdı özü mənə, dedi belə bir sözü mənə

Görürəm ki, vurulmusan, özünü eşqə salmısan
Əl çəkmirsən sən məndən, şərtim bu cürdü səndən
Yalnız dost olaq gərək, belə edə bilərəm kömək
İstəyirsən hə denən, düşün qərar verginən
İstəmirsən əlvida, get, kömək olsun xuda

Axı ne idi əlacım, var idi ehtiyacım
Xeyli xəyal dolaşdım, axırda razılaşdım
Bu dostluq, mehribanlıq məni dəyişdi bir anlıq
Sonralar həyatımı, qəmli əhvalatımı
Danışdım o canana, o da danışdı yana-yana
Dedi sevgi-məhəbbət vermiyib mənə zillət
Sevib-sevilmədim mən, eşq nədir bilmədim mən
Amma bəxti qarayam səndən də biçarəyəm
Soruşdum: "dərdin nədir?", bu cür cavab söylədi
And verirəm mən sənə, varsa hörmətin mənə
Məndən heç nə soruşma, daha bu haqda danışma
Son qoyaq bu söhbətə, salma məni zəhmətə
Bu sözləri eşitdim, mən elə bu cür də etdim
Bu barədə bir dənə sual vermədim yenə
Hər gecə zəngləşirdik, darıxdıq görüşürdük
Ləzzətini həyatın, bu fani kainatın
Hiss edirdik, görürdük, gözəl ömür sürürdük
Gəldi elə bir məqam dəyişdi hər şey tamam

Bir zaman axşam çağı, ürəyimə çəkdim dağı
Gördüm hər şeyin sonu. Zəngi gəldi telefonun
Düşündüm cananımdı, həmən gözəl xanımdı
Dəstəyi tez götürdüm, birdən özümü itirdim
Səs özgənin səsi idi, onun rəfiqəsi idi
Görün nələr danışdı, yandı qəlbim alışdı
O sən sevən cananın dərd bürümüşdü canın
Xəstə idi ürəyi, heç yox idi köməyi
Həkim qoyduğu müddət dünən bitirdi əlbət
Gecə yatıbdır səhər ayılmayıb müxtəsər
Amma səni çox sevirdi, öləcəyini də bilirdi
Apardı onu əcəl. Səni sevən o gözəl
Artıq yoxdur həyatda, saxla sən bunu yadda

Əvvəlcə inanmadım onu doğru sanmadım
Sonra isə söylədi sabah onun dəfnidi
Əgər gəlmək istəsən, düzünü bilmek istəsən
Sabah iki tamamda mən deyim bu məqamda
Gələrsən bu ünvana, ordakı qəbiristana
Sevgilin ağ kəfən ilə köçəcək son mənzilə
Gecəni yata bilmədim, ax niyə mən ölmədim
O öldü getdi, Allah, o, gözümdən itdi, Allah
Səhər açılan zamanda, o qız deyən məkanda
Aciz-aciz dayandım, gördüm sonra inandım
Camaat ağlaşırdı, adamın ağlı çaşırdı
Dəfn mərasimi idi, qəbrə gedən kim idi
Mənim ömrüm həyatım, canım mənəviyyatım
Getdi, məni də apardı, elə ki, dəfn qutardı
Dağılışdı, getdi hamı, o insan izdihamı
Tənha qaldım o yerdə, dərd də qəm də kədər də
Qəbrin üstə diz çöküb, qanlı göz yaşı töküb
Vidalaşdım yarımla, gözəl vəfadarımla

Ölüm amansız oldu, vaxtsız-zamansız oldu
Əlimdən səni aldı, o günlər harda qaldı
Hər an şaduman idi, əcəb mehriban idik
Bir vaxt əlimdən tutan, indi isə sakit yatan
Ey gözəlim, əlvida, yoxdu səndən səs-səda

Hər kimə olsa aşiq biçarədir bu Namiq
Alın yazısı nə cürdü, yaşadı bir az da gördü
Artır ürəkdə yaram
Bu da mənim bir macəram