Namiq Qaraçuxurlu
Oxşamıram
Dedim, sonudur incimə
İnanmadı ki, sevgimə
Yazmışam adını qəlbimə, unudana oxşamıram
Bağladım qapını bir dəfəlik, qayıdana oxşamıram
Yana- yana, yansın yanan ürəyim, soyudana oxşamıram
Çıxma heç zaman qarşıma, məndən sənə yoxdur salam
Sevinmə axacaq göz yaşım, mən ağlayana oxşamıram
Gəlir, qulağıma səsi mənlədir elə bil kölgəsi
Özüm ovunmadan heç kəsi, ovudana oxşamıram