Namiq Qaraçuxurlu
Alınmaz
[Bənd 1]
Ayrılırıq deyə-deyə dad eylədi
Doğma ikən o məni yad eylədi
Ayrılırıq deyə-deyə dad eylədi
Doğma ikən o məni yad eylədi

Dedim “gəl görüşək”, inad eylədi
Neçə dəfə yazdım ki, yazışmaqla alınmaz
Neçə dəfə yazdım ki, yazışmaqla alınmaz

[Nəqərat]
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz

[Bənd 2]
Saçlarının ətri küləkdən gəlir
Bəlkə də mövsümdür, çiçəkdən gəlir
Saçlarının ətri küləkdən gəlir
Bəlkə də mövsümdür, çiçəkdən gəlir

Eşq elə bir şeydir, ürəkdən gəlir
Onu soraqlamaqla, soruşmaqla alınmaz
Onu soraqlamaqla, soruşmaqla alınmaz
[Nəqərat]
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz

[Bənd 3]
Yar yarı hər davranışından sevər
Hətta ağlı çıxar başından, sevər
Yar yarı hər davranışından sevər
Hətta ağlı çıxar başından, sevər

Ruh sevərsə, ilk baxışından sevər
Sevməsə, illərlə baxışmaqla alınmaz
Sevməsə, illərlə baxışmaqla alınmaz

[Nəqərat]
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz

[Bənd 4]
Məni elə məyus etdi nazlı dilbər
Könlümü verdim ona, vurdu xəncər
Məni elə məyus etdi nazlı dilbər
Könlümü verdim ona, vurdu xəncər
Qəlb elə incədir, büllura bənzər
Sındısa, məhv oldu, çalışmaqla alınmaz
Sındısa, məhv oldu, çalışmaqla alınmaz

[Nəqərat]
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gеcdir, daha bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir, daha bitdi, danışmaqla alınmaz