Namiq Qaraçuxurlu
Apardılar
Mən sanırdım bənzərsizsən, tam başqasan
Yoxdur sənin bərabərin, sən bambaşqasan
Sən gələrsən, həsrət gedər, möhlət bitər
Həyatıma işıq salarsan, zülmət bitər

Daha sənin yalanlarına ehtiyacım yox
Yalan- yalan gümanlarına ehtiyacım yox
Dedim daha aldanmaram, vəfasızlar bacardılar
Ürəyimlə bacarmadım, götürdülər apardılar


Gah ağladıb zalimlər, gah güldürdülər
Həm ruhumu, həm eşqə inamımı öldürdülər
Dəyişməyib boş gəlmişlər, boş getdilər
Xoş gəldilər, ömrümə eynən xoş getdilər


Daha onun yalanlarına ehtiyacım yox
Yalanlarına falanlarına ehtiyacım yox
Dedim daha aldanmaram, vəfasızlar bacardılar
Ürəyimlə bacarmadım, götürdülər apardılar