Faiq Ağayev
Qərib Gecədə
[Bənd 1]
Gülüm, səsləmə, geri dönmərəm
Yüz yol dindirsən, mən dinmərəm
Bil ki, sevmirəm geri baxmağı
Sənli xatirəm - bir göz dağı

Küləklər söyləyin, siz bilirsiz
Niyə zildən belə coşur dəniz?
Duyub həsrətimi, siz deyirsiz
Ayrılıq nəğməsi qoşur dəniz

[Nəqərat]
Qərib gecədə necə həvəslə
Suda ulduzlar əksini tapır
Ümid xəyalım dönür həsrətə
Tənha ulduztək səmadan baxır

[Bənd 2]
Heçdən bezmişəm, bir ümidim yox
Vəfasız dostla bir işim yox
Gəl, sus, oyatma, xatirə yatsın
De, axı nə üçün o oyansın?

Küləklər söyləyin, siz bilirsiz
Niyə zildən belə coşur dəniz?
Duyub həsrətimi, siz deyirsiz
Ayrılıq nəğməsi qoşur dəniz
[Nəqərat]
Qərib gecədə necə həvəslə
Suda ulduzlar əksini tapır
Ümid xəyalım dönür həsrətə
Tənha ulduztək səmadan baxır