Faiq Ağayev
Biləydin Kaş
[Bənd 1]
Baxışınla vurdun məni
Naz edib yordun məni
Sənsizlikdə gördün məni
Mən kimi qalaydın kaş!

Qəlbi dərdə salan yerdə
Məni yad bilən yerdə
Eşqimi alan yerdə
Canımı alaydın kaş!

[Nəqərat]
Giley dolu sözlərimi
Ürəyin kaş biləydi
Qan ağlayan gözlərimi
Əllərin kaş siləydi

Ey gülüm, sevgilim, əzizim
Mən sənsiz söylə necə dözüm?

[Bənd 2]
Qurban olum, gülüm, sənə
Dönübsən aya, günə
Tək xatirən qalıb mənə
Ömrümdə qalaydın kaş
Gözüm dolan gecələrdə
Qəm olan gecələrdə
Tək qalan gecələrdə
Yuxuma gələydin kaş

[Nəqərat]
Giley dolu sözlərimi
Ürəyin kaş biləydi
Qan ağlayan gözlərimi
Əllərin kaş siləydi

Ey gülüm, sevgilim, əzizim
Mən sənsiz söylə necə dözüm?