[Bənd 1]
[Faiq Ağayev]
Aldandımsa sənə, məni avam bilmə
[Elşad Xose]
Aldanıbsa sənə, onu avam bilmə
[Faiq Ağayev]
İnandımsa, bil ki, inmanaram yenə
[Elşad Xose]
İnanmaz o sənə bir də, yenə
[Faiq Ağayev]
Acizliyimə kənardan baxıb gülmə
Get! Dönmə geri
[Elşad Xose]
Get, geri dönmə, hirslən, sönmə
Get, get dönmə, get, geri dönmə
Gedərkən bütöv ürəyi iki yerə bölmə
Çönmə, o, yoxdur, dalınca baxma
Sözdən o toxdur, addımını saxlama
Ağlama, çönmə, get, amma bir dəfəlik
Dala baxma, dönmə
Ağlımızda nə varsa, dilimizdə o olacaq
Hər sözü desəm rəngin solacaq
Ağrı səni tapacaq, nəfəsinlə boğacaq
Boğacaq səni, boğacaq, boğacaq
[Nəqərat]
[Faiq Ağayev]
Odur ki, get, dönmə geri
Dönmə geri, ümidli anlarımın qənimi
Saflığına inandırma məni
[Elşad Xose]
Ümidin saflığına onu inandırma
Çalış onunla kişiləri dadandırma
[Faiq Ağayev]
Get, dönmə geri
Dönmə geri, apar özünlə qəmi, kədəri
Unut məni, unut o günləri
[Bənd 2]
[Elşad Xose]
Unut o günləri, unut onu
Heç xoşuma gəlmir bu sevginin sonu
[Faiq Ağayev]
Dönmə geri, get
[Elşad Xose]
Ona belə baxma, buna belə demə
Axır söz indi onundur, get, geri dönmə
[Faiq Ağayev]
Necə sevmişəm, elə də unudaram
[Elşad Xose]
Unutmaq, sevmək, sevmək, unutmaq
[Faiq Ağayev]
Xəyanətin içimdəki könül yaram
[Elşad Xose]
Xəyanətin içindəki könül yaram
[Faiq Ağayev]
Qorxuram, səni yenə də bağışlaram
[Elşad Xose]
Qorxur səni bağışlasın
Göz yaşı yağır, yaş yağışındasan
Yaxşı gedib o pisdir, sən yaxşısan
[Nəqərat]
[Faiq Ağayev]
Odur ki, get, dönmə geri
Dönmə geri, ümidli anlarımın qənimi
Saflığına inandırma məni
[Faiq Ağayev]
Get, dönmə geri
Dönmə geri, apar özünlə qəmi, kədəri
Unut məni, unut o günləri
Dönmə geri, get
Get
Get