[Bənd 1]
Ayrılığa fərman verib
Eşq evimi niyə yıxdın?
Bu möhnəti rəva bilib
Bəs ardımca niyə baxdın?
Ayrılığa fərman verib
Eşq evimi niyə yıxdın?
Bu möhnəti rəva bilib
Bəs ardımca niyə baxdın?
[Keçid]
Könül verib könülə sən
Məni niyə unutdun bəs?
Məgər, özün bilməyrəsən?
İlk eşqini itirən kəs
Bir də elə sevə bilməz!
[Nəqərat]
İtirdin!
Bu saf məhəbbəti necə itirdin?
Eşqi, sədaqəti – necə itirdin?
İtirdin məni
İtirdin!
Bu saf məhəbbəti necə itirdin?
Eşqi, sədaqəti – necə itirdin?
İtirdin məni
[Bənd 2]
Neçə illik sevgini sən
Düşünmədən qəfil atdın
Məndən üzün döndü nədən?
De, kimlərə məni satdın?
Niyə pozdun əhd-peymanı
Nə qazandın, nə itirdin?
O xoşbəxt günlərin hanı?
Eşq evində - qəm bitirdin
[Keçid]
Könül verib könülə sən
Məni niyə unutdun bəs?
Məgər, özün bilməyrəsən?
İlk eşqini itirən kəs
Bir də elə sevə bilməz!
[Nəqərat]
İtirdin!
Bu saf məhəbbəti necə itirdin?
Eşqi, sədaqəti – necə itirdin?
İtirdin məni
İtirdin!
Bu saf məhəbbəti necə itirdin?
Eşqi, sədaqəti – necə itirdin?
İtirdin məni
İtirdin məni
İtirdin məni