Faiq Ağayev
Sevgi Qəfəsdir
[Bənd 1]
Küsdük-barışdıq, çox şirin sözlər dedik
Biz ulduz kimi yanmaq istədik
Bir-birimizi eşq oduna atdıq biz
Öz arzumuza yoxsa çatdıq biz?
Sus, dinmə

[Nəqərat]
Sevgi nəfəsdir
Bu, bir həvəsdir
Oynadıq, gülüm, bəsdir

Sevgi qəfəsdir
Küsmək əbəsdir
Oynadıq, gülüm, bəsdir

[Bənd 2]
Bu baxışlarım həsrətlə gözlər səni
Bilirəm, səndə sevirsən məni
Özün bilmədən qəlbimə hakim oldun
De, axı nədən köksümdən vurdun?
Gəl, dinlə

[Nəqərat]
Sevgi nəfəsdir
Bu, bir həvəsdir
Oynadıq, gülüm, bəsdir
Sevgi qəfəsdir
Küsmək əbəsdir
Oynadıq, gülüm, bəsdir

Sevgi nəfəsdir
Bu, bir həvəsdir
Oynadıq, gülüm, bəsdir

Sevgi qəfəsdir
Küsmək əbəsdir
Oynadıq, gülüm, bəsdir