[Nəqərat]
Bu günlərdə yorğunam deyə
Bunu özümə qorxuram deyəm
Bu günlərdə yorğunam deyə
Bunu özümə qorxuram deyəm
O gözlərinə vurğunam deyə
Sevən sevənə doğrular deyər
O gözlərinə vurğunam deyə
Sevən sevənə doğrular deyər
[Bənd 1]
Sənə elə gəlir amma
Məni belə xatırlama
Səbir edib çataq kama
Olar dəniz dama – dama
[Keçid]
Məni bilə - bilə belə oda salma
Olub keçənləri yada salma
Ah, bilə - bilə belə oda salma
Səni sevən adam axı yada qalmaz
[Nəqərat]
Bu günlərdə yorğunam deyə
Bunu özümə qorxuram deyəm
O gözlərinə vurğunam deyə
Sevən sevənə doğrular deyər
[Bənd 2]
Bu gün nə sən, dünən nə sən
Bu gündəyəm, dünəndə sən
Qulaq verib gülən səsə
Üzüm gülür güləndə sən
[Keçid]
Məni bilə - bilə belə oda salma
Olub keçənləri yada salma
Ah, bilə - bilə belə oda salma
Səni sevən adam axı yada qalmaz
[Nəqərat]
Bu günlərdə yorğunam deyə
Bunu özümə qorxuram deyəm
O gözlərinə vurğunam deyə
Sevən sevənə doğrular deyər
O gözlərinə vurğunam deyə
Sevən sevənə doğrular deyər
Yorğunam deyə...
Qorxuram deyəm...