Faiq Ağayev
Sən Qalibsən
1
Bu millət cəsurların hünərindən ruhlanır
Qalibiyyət qazanıb zirvələrə yollanır
Qarabağ zəfəriylə şanlı bir tarix yazır!

Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!
Var olsun mərd millətim!
Yaşasın Azərbaycan!

Nəqarət:

Sən qalibsən, bütün dünya Qələbəndən danışır!
Odlar Yurdum, Ana Vətən
Zəfər sənə yaraşır!

Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!
Var olsun mərd millətim!
Yaşasın Azərbaycan!

2
Yurdumuz öz xilaskar Oğluna arxalandı
Bayrağımız hər qarış torpaqda dalğalandı
Bu xalqın qəlbi, ruhu, canı Azərbarcandır!

Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!
Var olsun mərd millətim!
Yaşasın Azərbaycan!
Nəqarət:

Sən qalibsən, bütün dünya Qələbəndən danışır!
Odlar Yurdum, Ana Vətən
Zəfər sənə yaraşır!

Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!
Var olsun mərd millətim!
Yaşasın Azərbaycan!

3
Şəhidlərin ruhunun şad olan məqamıdır
Hər damla qanı belə torpağa salamıdır
Yurdumuz qəhrəmanlar, igidlər məkanıdır!

Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!
Var olsun mərd millətim!
Yaşasın Azərbaycan!

Nəqarət:

Sən qalibsən, bütün dünya Qələbəndən danışır!
Odlar Yurdum, Ana Vətən
Zəfər sənə yaraşır!

Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!
Var olsun mərd millətim!
Yaşasın Azərbaycan!