Faiq Ağayev
Bir Gün Səni Görməyəndə
[Bənd 1]
Qüssə qılınc kimi kəsir
Bir gün səni görməyəndə
Qüssə qılınc kimi kəsir
Bir gün səni görməyəndə

Ürək yarpaq kimi əsir
Bir gün səni görməyəndə
Bir gün səni görməyəndə

[Nəqərat]
Bulud kimi doluram-doluram
Elimdə qərib oluram-oluram
Həm saralıb, həm soluram
Bir gün səni görməyəndə

Bulud kimi doluram-doluram
Elimdə qərib oluram-oluram
Həm saralıb, həm soluram
Bir gün səni görməyəndə

[Bənd 2]
Güllər qönçə ikən solur
Sünbüllər saçın yolur
Güllər qönçə ikən solur
Sünbüllər saçın yolur
Könül dərdli-qəmli olur
Bir gün səni görməyəndə
Bir gün səni görməyəndə

[Nəqərat]
Bulud kimi doluram-doluram
Elimdə qərib oluram-oluram
Həm saralıb, həm soluram
Bir gün səni görməyəndə

Bulud kimi doluram-doluram
Elimdə qərib oluram-oluram
Həm saralıb, həm soluram
Bir gün səni görməyəndə

Bulud kimi doluram-doluram
Elimdə qərib oluram-oluram
Həm saralıb, həm soluram
Bir gün səni görməyəndə

Bir gün səni görməyəndə