[Bənd 1]
Aldanmışam yenə də
Şirin sözlərə
Aldanmışam sevirəm
Deyən gözlərə
Bilməzdim ki, yerimi
Tutan olar mənim
Bilməzdim ki, vəfan
Bu imiş sənin
[Nəqərat]
İllər ötər, mən unudaram səni
Unudaram sənlə keçən günləri
O günləri silib ata bilərəm
Ürəkdə yer olmaz məni unudana
İllər ötər, mən unudaram səni
Unudaram sənlə keçən günləri
O günləri silib ata bilərəm mən
[Bənd 2]
İnanmaram bir daha
O baxışlara
İnanmaram gözlərdən
Axan yaşlara
Deyirdin ki, ömürlük
Sevdin artıq məni
Haradan bilim, bu ürəkdən
Kim qopardı səni?
[Nəqərat]
İllər ötər, mən unudaram səni
Unudaram sənlə keçən günləri
O günləri silib ata bilərəm
Ürəkdə yer olmaz məni unudana
İllər ötər, mən unudaram səni
Unudaram sənlə keçən günləri
O günləri silib ata bilərəm mən
İllər ötər, mən unudaram səni
Unudaram sənlə keçən günləri
O günləri silib ata bilərəm
Ürəkdə yer olmaz məni unudana
İllər ötər, mən unudaram səni
Unudaram sənlə keçən günləri
O günləri silib ata bilərəm mən