[Bənd 1]
Səni gördüm yenə soyuq baxışın
Dondurdu gözümü
De, niyə məni görəndə çalışıb
Gizlətdin üzünü?
Səni gördüm yenə soyuq baxışın
Dondurdu gözümü
De, niyə məni görəndə çalışıb
Gizlətdin üzünü?
[Nəqərat]
Onsuz da biz yenə görüşə bilərik
Haradasa səninlə üz-üzə gələrik
Bəlkə də, o günü ömürdən silərik
Əgər sönsə məhəbbət
Axtararsan hərdən o baxışlarımı
Göydən yağan həsrətin yağışlarımı
Bilmirəm, bəlkə də, unutdum adını
Sönsə sevgi, sönsə ümid
[Bənd 2]
Yenə gördüm səni, baxıb boylandım
Gizlicə arxanca
Bilmirəm nədən ilk görüşü andım
Çevrilib baxınca
Yenə gördüm səni, baxıb boylandım
Gizlicə arxanca
Bilmirəm nədən ilk görüşü andım
Çevrilib baxınca
[Nəqərat]
Onsuz da biz yenə görüşə bilərik
Haradasa səninlə üz-üzə gələrik
Bəlkə də, o günü ömürdən silərik
Əgər sönsə məhəbbət
Axtararsan hərdən o baxışlarımı
Göydən yağan həsrətin yağışlarımı
Bilmirəm, bəlkə də, unutdum adını
Sönsə sevgi, sönsə ümid
Onsuz da biz yenə görüşə bilərik
Haradasa səninlə üz-üzə gələrik
Bəlkə də, o günü ömürdən silərik
Əgər sönsə məhəbbət
Axtararsan hərdən o baxışlarımı
Göydən yağan həsrətin yağışlarımı
Bilmirəm, bəlkə də unutdum adını
Sönsə sevgi, sönsə ümid
Sönsə sevgi, sönsə ümid
Sönsə sevgi, sönsə ümid