Zamiq Hüseynov
Bəyaz Mələyim
[Bənd 1]
Tələsirəm mən bu gecə
Gəlmək üçün görüşünə
Bir azdan bax pəncərədən
Keçirəm arxa küçədən
Bilirəm ki, gözləyirsən
Gözün qalıb telefonda
Bilirəm ki, düşünürsən
Yarı canın qalıb burada
[Keçid]
Həyatıma gəldiyin gündən
Məni dünyanın ən xoşbəxt insanı etdin
Səni tanıdıqdan sonra
Xoşbəxt insanları anlamağa başladım
Nə yaxşı ki, gəldin dünyama
[Nəqərat]
Bu dünyada səni tapandan
Həyat o andan başladı başdan
Bu dünyada mən tənhalığı
Sənin sayəndə unutdum çoxdan
Bəyaz mələyim
[Bənd 2]
Gözümün önündən keçir
Bir il öncə bu həmin gün
Şəhərin bir kafesində
Ən uzaqdakı masada
Sanki xəyala dalmışdım
O an sənə vurulmuşdum
Sanki səni axtarırdım
O gündən sonra tapmışdım
[Nəqərat]
Bu dünyada səni tapandan
Həyat o andan başladı başdan
Bu dünyada mən tənhalığı
Sənin sayəndə unutdum çoxdan
Bəyaz mələyim
Bu dünyada...
Bu dünyada mən tənhalığı
Sənin sayəndə unutdum çoxdan
Bəyaz mələyim