Zamiq Hüseynov
Oyundur Həyat
[Bənd 1]
Mən doğrunu, yanlışı, ağla qaranı
Gözlərində gizlənən o duyğuları
Hər şeyi, hər dəfə öncədən görürəm

Kim haqlı, kim haqsız, kimdədir günah
Hər dəfə danışdıq, bu dəfə susaq
Sonda nə olacaq, hər şeyi bilirəm

[Keçid]
Mənim özümə aid olan
Fərqli dünyam var bu həyatda
Nə, anlayan, nə də duyan
Çətin tapılar ürəyimin

Sevgi, ehtiras, arzu, istək
Gözləyir ona, macərama
Qəlbimin qapısı açıqdır
İstəyən gəlsin bu dünyama

[Nəqərat]
Oyundur həyat dünyam başdan-başa
İstəyir atım səni ora-bura
Hərdənbir dönüb baxsan sağa-sola
Hərdənsə bir pay düşür, ara, sora
[Keçid]
Mənim özümə aid olan
Fərqli dünyam var bu həyatda
Nə, anlayan, nə də duyan
Çətin tapılar ürəyimin

Sevgi, ehtiras, arzu, istək
Gözləyir ona, macərama
Qəlbimin qapısı açıqdır
İstəyən gəlsin bu dünyama

[Nəqərat]
Oyundur həyat dünyam başdan-başa
İstəyir atım səni ora-bura
Hərdənbir dönüb baxsan sağa-sola
Hərdənsə bir pay düşür, ara, sora