Zamiq Hüseynov
Əfsanə
[Bənd 1]
Bu dünyada sevgi əbəs həvəs ola bilər
Məni yaşadandır qəlbimdə olan
Təbəssümün olmasa, bu dünya qəfəs ola bilər
Sənlə yaşlanmaqdır əlimdə olan

[Keçid]
“Yox” söyləmə mənə sən
Çox söyləmə mənə sən
Ürəyində saxlama arzularını
“Yox” desən də mənə sən
Çox desən də, sevirsən
Bilirəm gizlədirsən duyğularını

[Nəqərat]
Çıxıb gedirəm uzaqlara
Qoyma məni yalnız qalım mən
Hisslər özü ifadədir
Ayrı hər şey bəhanədir
Sevgimiz bir əfsanədir

[Bənd 2]
Bu dünyada məsafələr səbəb ola bilər
Sənlə uzaq olsam da, ol mənə yaxın
Yaxın olsan əgər, başqa mənə nə dərd ola bilər?
Neylərəm bu həyatı mən sənsiz axı?!
[Keçid]
“Yox” söyləmə mənə sən
Çox söyləmə mənə sən
Ürəyində saxlama arzularını
Yox desən də mənə sən
Çox desən də, sevirsən
Bilirəm gizlədirsən duyğularını

[Nəqərat]
Çıxıb gedirəm uzaqlara
Qoyma məni yalnız qalım mən, ey
Hisslər özü ifadədir
Ayrı hər şey bəhanədir
Sevgimiz bir əfsanədir

Sevgimiz bir əfsanədir