Zülfiyyə Xanbabayeva
Bağışla
[Bənd 1]
Bağışla, mən unuda bilmirəm səni
Saçlarıma düşsə də həsrətin dəni
Mən qova bilmirəm, inan bu xatirəni
İllər də yetişmir, inan köməyə

[Keçid]
Bağışla, mən unuda bilmirəm səni
Qaytarmaq da olmur ötüb keçəni
Yuxuda bircə gün desəm - gördünmü məni?
Bircə söz tapdınmı mənə deməyə?

[Nəqərat]
Bağışla bu dəli sevdaya özün məni
Bağışla bu sənli dünyaya məni
Bağışla bu sevdiyim gözəl tanrıya məni
Unuda bilmirəm səni mən
Bağışla!

[Bənd 2]
Bağışla, mən unuda bilmirəm səni
Ömrümdə yük olub səni sevəni
Ruhumda bir yolu qatmır cansız bədəni
Unutsam, hazıram bu gün ölməyə

[Keçid]
Bağışla, mən unuda bilmirəm səni
Qaytarmaq da olmur ötüb keçəni
Yuxuda bircə gün desəm - gördünmü məni?
Bircə söz tapdınmı mənə deməyə?
[Nəqərat]
Bağışla bu dəli sevdaya özün məni
Bağışla bu sənli dünyaya məni
Bağışla bu sevdiyim gözəl tanrıya məni
Unuda bilmirəm səni mən
Bağışla!

Bağışla bu dəli sevdaya özün məni
Bağışla bu sənli dünyaya məni
Bağışla bu sevdiyim gözəl tanrıya məni
Unuda bilmirəm səni mən
Bağışla!