Zülfiyyə Xanbabayeva
İzlər Silinib
[Bənd 1]
Sevgi – köçəri bir quş
Özgə budağa qonmuş
İntizar həsrətdir sirdaşlarım
Yenə də yağır yağış
Hər bir günüm axtarış
Qurumaq bilmir bu göz yaşlarım
[Nəqərat]
Mən səni hardan tapım?
Açıqdır bu könül qapım
Qurtar məni yağışlardan
Qurtar məni
Mən səni hardan tapım?
Açıqdır bu könül qapım
İzlər silinib yollardan
İzlər silinib yollardan
[Bənd 2]
Ayrılıb gedən gündən
Mən küsmüşəm taledən
Bürünüb niski ilə saf arzular
Bu yollar zülmət qara
Məni qaytar bahara
Bəs niyə gecikir bizim bahar?
[Nəqərat]
Mən səni hardan tapım?
Açıqdır bu könül qapım
Qurtar məni yağışlardan
Qurtar məni
Mən səni hardan tapım?
Açıqdır bu könül qapım
İzlər silinib yollardan
İzlər silinib yollardan
Mən səni hardan tapım?
Açıqdır bu könül qapım
Qurtar məni yağışlardan
Qurtar məni
Mən səni hardan tapım?
Açıqdır bu könül qapım
İzlər silinib yollardan
İzlər silinib yollardan
İzlər silinib yollardan
Silinib…