Zülfiyyə Xanbabayeva
Şərq-Qərb
[Bənd 1]
Külək əsir qərbdən
Günəş baxır şərqdən
Səni məndən ayıran illər
Ötüb gedir, sevən sevir

Külək əsir qərbdən
Günəş baxır şərqdən
Səni məndən ayıran illər
Ötüb gedir, sevən sevir

[Nəqərat]
Bil, mənim göz yaşım əgər sən olsan
O mənim gözümdən bir daha axmaz
Bu ömür illəri bizi ayırsa
Bu gözlər bir daha heç kəsə baxmaz

[Bənd 2]
Külək əsir qərbdən
Onu gözləyən şərqdə
Külək səni qoy gətirsin
Şərq sevinər, sevən deyər

Külək əsir qərbdən
Onu gözləyən şərqdə
Külək səni qoy gətirsin
Şərq sevinər, sevən deyər
[Nəqərat]
Bil, mənim göz yaşım əgər sən olsan
O mənim gözümdən bir daha axmaz
Bu ömür illəri bizi ayırsa
Bu gözlər bir daha heç kəsə baxmaz

Bil, mənim göz yaşım əgər sən olsan
O mənim gözümdən bir daha axmaz
Bu ömür illəri bizi ayırsa
Bu gözlər bir daha heç kəsə baxmaz