Zülfiyyə Xanbabayeva
Yağış
[Bənd 1]
Yağışın səsi çağırır məni
Uzaq sahilə, şirin xəyala
Aparır məni sənin yanına (yağış)
Mən səni tapdım, üzünə baxdım
Mən səni seçdim, səninlə qaldım

[Nəqərat]
Danışdı yağış, öz sirrlərini mənə
Apardı yağış, ağrımı özü ilə
Çatdırdı yağış, sabaha məni
Əzizlədi məni

Qoy yağsın yağış, sabaha kimi yağsın
Mənimlə danış, danışım səsinlə
Olmasın yanlış bu yağışın səsi
Olmasın…

[Bənd 2]
Yorulmaz yağış, səhərdən yağır
Qədrimi bilir, dərdimi silir
Qoy yağış yağsın, sabaha kimi yağsın
Mən bu yağışın, göyün naxışın
Sənin baxışın, çoxdan gözlədim

[Nəqərat]
Danışdı yağış, öz sirrlərini mənə
Apardı yağış, ağrımı özü ilə
Çatdırdı yağış, sabaha məni
Əzizlədi məni
Qoy yağsın yağış, sabaha kimi yağsın
Mənimlə danış, danışım səsinlə
Olmasın yanlış bu yağışın səsi
Olmasın…