Zülfiyyə Xanbabayeva
Sevgi Mahnısı
[Bənd 1]
Keçdiyim bütün yollar
Qəlbindən keçib gedir
Gözlərin bu dünyaya
Sevilməyi öyrədir

Kipriklərinlə qorun
Saçlarınla yaşın, yar
Amandır, yad baxışlar
Gözlərini aparar

[Nəqərat]
Ürəyimi atsam da
Öz sevgimi atmaram
Ürəyimi atsam da
Öz sevgimi atmaram

Sənə olan eşqimi
Sənə də alçaltmaram
Sənə olan eşqimi
Sənə də alçaltmaram

[Bənd 2]
Mehriban gülüşünlə
Nərgizlər yaranıbdır
Mehriban baxışınla
Dalğalar daranıbdır
Mehriban gülüşünlə
Nərgizlər yaranıbdır
Mehriban baxışınla
Dalğalar daranıbdır

[Nəqərat]
Ürəyimi atsam da
Öz eşqimi atmaram
Ürəyimi atsam da
Öz sevgimi atmaram

Sənə olan eşqimi
Sənə də alçaltmaram
Sənə olan eşqimi
Sənə də alçaltmaram
Sənə də alçaltmaram