Xumar Qədimova
Sevgi Harayı
[Bənd 1: Xumar Qədimova]
Məni o bütün aləmdə dildən dilə saldı
Məcnunu da səhralara Leyli belə saldı
Məni o bütün aləmdə dildən dilə saldı
Məcnunu da səhralara Leyli belə saldı
Elə vurdu ki, həsrət oxun mənə yarım
Sanki yaşılbaş sonanı vurdu, gölə saldı
[Nəqərat: Xumar Qədimova]
Mən ona aşiqəm cani – könüldən
Necə ki doymayır bülbüllər güldən
Mən ona aşiqəm candan, könüldən
Necə ki doymayır bülbüllər güldən
[Muğam: Samir Cəfərov]
Mən yarə hey yalvardım
O mənə naz eylədi
Mənim güzarımı dilbər yenə
Səhralara saldı
Mən gizli saxlamadım
Yara olan eşqi
Mən aşikar eylədim
O könülə saldı
[Şeir: Rasım Balayev]
Məni o bütün aləmdə dildən dilə saldı
Məcnunu da səhralara Leyli belə saldı
O bir ellər qızıdır, bunu əzəldən bilirdim
Düşdüm sorağına, məni eldən – elə saldı
[Nəqərat: Xor – Xumar Qədimova]
Mən ona aşiqəm cani – könüldən
Necə ki doymayır bülbüllər güldən
Mən ona aşiqəm candan, könüldən
Necə ki doymayır bülbüllər güldən
Mən ona aşiqəm cani – könüldən
Necə ki doymayır bülbüllər güldən
Mən ona aşiqəm candan, könüldən
Necə ki doymayır bülbüllər güldən
[Sonluq: Xumar Qədimova]
Neynim, neynim, neynim?
Neynim, neynim, neynim?
Neynim, neynim, neynim?
Neynim, neynim, neynim?