Xumar Qədimova
Yalan Dünya
[Bənd 1]
Sənin bəhrən yeyən kimdir?
Kiminkisən, yiyən kimdir?
Sənə doğru deyən kimdir?
Yalan dünya, yalan dünya!

Sənə doğru deyən kimdir?
Yalan dünya, yalan dünya!

[Nəqərat]
Qazanıb, hey talanıbsan
Qalanıb, hey calanıbsan
Əzəldən çalxalanıbsan
Yenə də çalxalan, dünya!

Qazanıb, hey talanıbsan
Qalanıb, hey calanıbsan
Əzəldən çalxalanıbsan
Yenə də çalxalan, dünya!
Yalan dünya, yalan dünya!

[Bənd 2]
Atı əzəl dağa saldıq
Yorulduqca dala qaldıq
Atı satdıq, ulaq aldıq
Yəhər oldu palan, dünya
Atı satdıq, ulaq aldıq
Yəhər oldu palan, dünya

[Nəqərat]
Qazanıb, hey talanıbsan
Qalanıb, hey calanıbsan
Əzəldən çalxalanıbsan
Yenə də çalxalan, dünya!

Qazanıb, hey talanıbsan
Qalanıb, hey calanıbsan
Əzəldən çalxalanıbsan
Yenə də çalxalan, dünya!
İçi boşla dolan dünya

[Bənd 3]
Biri ayna, biri pasdır
Biri aydın, biri kasdır
Burada toydur, orada yasdır
Gül açdıqca solan dünya

Burada toydur, orada yasdır
Gül açdıqca solan dünya

[Nəqərat]
Qazanıb, hey talanıbsan
Qalanıb, hey calanıbsan
Əzəldən çalxalanıbsan
Yenə də çalxalan, dünya!
Qazanıb, hey talanıbsan
Qalanıb, hey calanıbsan
Əzəldən çalxalanıbsan
Yenə də çalxalan, dünya!

Yalan, yalan, yalan dünya
Bizi dərdə salann dünya
Yalan, yalan, yalan dünya
Nağıl, yalan – palan dünya
Yalan, yalan, yalan dünya