Xumar Qədimova
Şuşa
[Bənd 1]
Min şəhər adı var dillərdə əzbər
Adların ən üstün adıdıdr Şuşa
Musiqi notudur cüt hecasıyla
Dilimin şəhididir, dadıdır Şuşa

[Nəqərat]
Ciyərdə nəfəsdir, damarda qandır
Ruha qanad verən sirli məkandır
Biri beş edəndir, güc artırandır
Qoşundur, əsgərdir, ordudur Şuşa
Ordudur Şuşa, ordudur Şuşa

[Bənd 2]
Qoynuna hər gələn yüz xəyal eylər
Uzaqda qalanlar qeylü-qal eylər
Birini coşdurar, birini lal eylər
Tilsimdir, ovsundur, cadudur Şuşa

[Nəqərat]
Ciyərdə nəfəsdir, damarda qandır
Ruha qanad verən sirli məkandır
Biri beş edəndir, güc artırandır
Qoşundur, əsgərdir, ordudur Şuşa
Ordudur Şuşa, ordudur Şuşa