Xumar Qədimova
Popurri: Popurri, Gələcəyəm Gəl Desən, Araxçının Məndədir (2021)
[Bənd 1]
Nə bənövşə, nə qızılgül
Sənin ətrini vermədi
Səndən sonra aşiq quşlar
Bizim eyvana gəlmədi

Demişdin bir aya gəlləm
Bir il oldu, sən gəlmədin
Səndən sonra namə yazdım
Mənim halımı bilmədin

Nə bənövşə, nə qızılgül
Sənin ətrini vermədi
Səndən sonra aşiq quşlar
Bizim eyvana gəlmədi

Nə bənövşə, nə qızılgül
Sənin ətrini vermədi
Səndən sonra aşiq quşlar
Bizim eyvana gəlmədi

Qərənfili dərənlər
Dərib yerə sərənlər
Xoş o qızın halına
Sevdiyinə verərlər
Qərənfili dərənlər
Dərib yerə sərənlər
Xoş o qızın halına
Sevdiyinə verərlər

[Bənd 2]
Gəl, gəl, gəl, gəl dinim, imanım naz-naz
Dur gəl, sən gəl qaşı, kamanı naz-naz
Gəl, gəl, gəl, gəl dinim, imanım naz-naz
Dur gəl, sən gəl qaşı, kamanı a naz-naz

Gecəni dan eyləmə
Zülfünü yan eyləmə
Zülfünü yan eyləmə

Gecəni dan eyləmə
Zülfünü yan eyləmə
Zülfünü yan eyləmə

Sən mənimsən, mən sənin
Özgə xəyal eyləmə
Sən mənimsən, mən sənin
Özgə xəyal eyləmə

Gəl, gəl, gəl, gəl dinim, imanım naz-naz
Dur gəl, sən gəl qaşı, kamanı naz-naz
Gəl, gəl, gəl, gəl dinim, imanım naz-naz
Dur gəl, sən gəl qaşı, kamanı a naz-naz
[Bənd 3]
Səndən mənə bir ömürlük xatirə
Məndən sənə nə qalacaq, bilmirəm
Səndən mənə bir ömürlük xatirə
Məndən sənə nə qalacaq, bilmirəm

Çətin bir də daş üstə daş bitirəm
Niyə uçdu bu qalaçıq, bilmirəm
Çətin bir də daş üstə daş bitirəm
Niyə uçdu bu qalaçıq, bilmirəm

Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu
Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu

Bu sevgidə kim uduzdu, kim uddu?
Peşmanı kim olacaq, bilmirəm
Bu sevgidə kim uduzdu, kim uddu?
Peşmanı kim olacaq, bilmirəm

[Bənd 4]
Fikrim yenə tamam sənin yanında
Uça-uça gələcəyəm, gəl desən
Səndən ayrı bir həsrət var canımda
Yuxuma gir, öləcəyəm, öl desən
Səndən ayrı bir həsrət var canımda
Yuxuma gir, öləcəyəm, öl desən
Sən gedəli artan ancaq göynəyim
Ruhdan qeyri qalmayıbdır heç nəyim
Sən gedəli artan ancaq göynəyim
Ruhdan qeyri qalmayıbdır heç nəyim

Görsəm, səni çox incidir ölməyim
Öləndə də güləcəyəm, gül desən
Görsəm, səni çox incidir ölməyim
Öləndə də güləcəyəm, gül desən

Gələcəyəm, gələcəyəm ,gəl desən
Uça-uça gələcəyəm, gəl desən
Gələcəyəm, gələcəyəm, gəl desən
Öləndə də güləcəyəm, gül dеsən

[Bənd 5]
Araqçının məndədir, Ceyran
Sərmişəm, çəməndədir, Ceyran
Araqçının məndədir, Ceyran
Sərmişəm, çəməndədir, Cеyran

Aləm gözələ dönsə, Ceyran
Mənim gözüm səndədir, Ceyran
Aləm gözələ dönsə, Ceyran
Mənim gözüm səndədir, Ceyran

Araqçının məndədir
Sərmişəm çəməndədir
Aləm gözələ dönsə
Mənim gözüm səndədir

Araqçının məndədir
Sərmişəm çəməndədir
Aləm gözələ dönsə
Mənim gözüm səndədir

[Bənd 6]
Qaşın, gözün, şirin sözün
Aldı mənim canımı
Qaşın, sözün, sözün
Aldı mənim canımı

Dünya gözələ dönsə
Mənim gözüm səndədir
Qaşın, gözün, şirin sözün
Aldı mənim canımı
Qaşın, sözün, sözün
Aldı mənim canımı

Mən sənə qurban
Mən sənə heyran
Mən sənə qurban
Mən sənə heyran

Ay xanım, xanım
Sən mənim canım
Gəl səni alım
Qurbanın olam, ay xanım

Xanım, xanım
Sən mənim canım
Gəl səni alım
Başına dönüm, ay xanım

Ay xanım, xanım
Sən mənim canım
Gəl səni alım
Qurbanın olam, ay xanım

Xanım, xanım
Sən mənim canım
Gəl səni alım
Başına dönüm, ay xanım

Ay xanım, xanım
Sən mənim canım
Gəl səni alım
Qurbanın olam, ay xanım

Xanım, xanım
Sən mənim canım
Gəl səni alım
Qurbanın olum, ay xanım