Xumar Qədimova
Miyana gözlər
[Bənd 1]
Çoxları dad çəkdi, şivən qopardı:
"Döndərmə yazımı xəzana, gözlər!" (x 2)
Mən də qol çəkirəm onlar deyənə
Ar olsun bu əhdi pozana, gözlər! (x 2)

[Nəqərat]
Biri qara dedi, biri alagöz
Bu ceyrangöz dedi, o piyala göz
Mənə nə iri göz, nə də bala göz
Ruhuma xoş gəlir miyana gözlər

[Bənd 2]
Rəngini bilmədim sarıydı, bozdu
Könül nabələddi, min yerə yozdu
Ancaq ki, sevgimin dəjini pozdu
Qoymadı tərpənəm bir yana gözlər

[Nəqərat]
Biri qara dedi, biri alagöz
Bu ceyrangöz dedi, o piyala göz
Mənə nə iri göz, nə də bala göz
Ruhuma xoş gəlir miyana gözlər