[Nəqərat]
Qaranlıq küçədə gəzirəm, mən yenə təkbaşınayam
İnsanlar evlərdə söndürüb işığı, təkbaşınayam
Xatirə dolusu beyinə illüziya çək başına (ya!)
Dostum, ailəm, sevgilim var, amma təkbaşınayam. (x2)
[1-ci vers]
Bilirsən, çətindi dayaqda qalmaq
Saat yarım yuxuyla, ayaqda qalmaq
Qaydama ziddi ki, qaydaya salmaq
Yaradana gərəkdi, qaydaya çalmaq
Barmağa çaxmaq həll deyil, axmaq
Cavablar arxada, həllinə baxma
Hər dinə baxmadım, dərdi nə axmağın?
Oyunu quranları fərqi nə tapmağın?
Günahlarım çox böyükdü, üstümdə tanrı
Siqarətin qoxusutək üstümdə qalmır
Siqaretim vicdan, tüstüm də tanrı
Bənzətmə qəribədi, küsdünmü, tanrı?
[Körpü]
Niyə küsdün, tanrım?
Mənim üstüm tanrı
Məni yaratmağını planlamamışdın
Mən küsdüm, tanrı
[2-ci vers]
Doğulanda taxılıb gözümə bir band
Heç nəyə yaramır özüməinam
Sözümə inan, zinam olsa da
Namaz qılıramsa, süzməyin, lan
Həyatımın anları bağlıdı, qəribədi
Daha şəffafdı massonun təriqəti
Yaşamıram səliqəli, səviyyəli, əqidəli
Həyatım yalandı, bir az da hədiyyədi
[Keçid]
Huztes bir növ dəlidi, tanrım
Bir dəfə deyilsə məni de, tanrı
Dinsizin kəsilən əlidi tanrı, ya
Dindarın ən böyük şəridi tanrı? (x2)
[Nəqərat]
Qaranlıq küçədə gəzirəm, mən yenə təkbaşınayam
İnsanlar evlərdə söndürüb işığı, təkbaşınayam
Xatirə dolusu beyinə illüziya çək başına (ya!)
Dostum, ailəm, sevgilim var, amma təkbaşınayam. (x2)