Noton
Gözlərin Dərin
[Nəqarət]
Gözlərin dərin, dərin
Gözlədin gəlim, gəldim
Sözlərimdə illərim
Mən gözlərindən didərgin

Hər səs mərkəzdən gəlməz
Sən səs, mən səndən sərbəst
Sən kəs, dərd səndən gəlməz
Almaz hər kəs dərdlərdən dərs

[Bənd]
Dərd-dərd üstünə, hərdən küsdün
Xəlvət üstümə gəlsən düzgün
Bizdən bir daha alınar yəqin
Tək sən tüstümə dəhşət düşdün

Mən səndən, amma sən sərsəm
Sən mənsən, amma tənbəlsən
Mən gəlsəm, yenə gəlmərsən
Amma sən gəlsən, yenə mən tərsəm

Kiminə bəhanə, kiminə ağır
Kiminə fəlakət, kiminə yağış
Kiminə sədaqət, kiminə tanış
Sən min dəfə düşün, amma bir dəfə çağır
İçimdə iki dənə qız var – biri yol istəyir, biri isə doğrunu
İçimdə iki obraz var – biri polisdir, biri isə oğrudur
İçimdə iki dənə qız var – biri yol istəyir, biri isə doğrunu
İçimdə iki obraz var – biri polisdir, biri isə oğrudur

Hisləri qəlb ələr, “sanki”lər
“kaş ki”lər və “bəlkə”lər
Hər kədər bir qədəhdə tərpədər
Hər dəfə səni düşünüb, mərtəbə-mərtəbə qalxdım

Amma mərhəmət yoxdur
Hər qələt yeyənə vermərəm məsləhət
Mənasızdırsa sən qoxan məhlələr
Mənasızdırsa sən qoxan səhnələr

Həqiqəti eşitmir qulaq
Həqiqəti tək mən deyirəm
Hisslərim çox dəyişdi artıq
Mən hisslərə rəhbər deyiləm

Yazdıqlarıma kitab de
Mən qara-qura dəftər deyirəm
Daha bir də axtarma məni
Çünki həmin o Əkbər deyiləm

[Nəqarət]
Gözlərin dərin, dərin
Gözlədin gəlim, gəldim
Sözlərimdə illərim
Mən gözlərindən didərgin
Hər səs mərkəzdən gəlməz
Sən səs, mən səndən sərbəst
Sən kəs, dərd səndən gəlməz
Almaz hər kəs dərdlərdən dərs