Noton
Unutmadım
[Nəqərat]
Sən bir ağ kağız, mən də bir qələm
Sən kimi çox qəlb qırmışam, mən də bilmədən
Olmadı mənlə bir gələn… Gözlədim, gələr
Qalıbdır gözlərində qəm, hisslərim ölmədən, tez gəl

Sən bir ağ kağız, mən də bir qələm
Sən kimi çox qəlb qırmışam, mən də bilmədən
Olmadı mənlə bir gələn… Gözlədim, gələr
Qalıbdır gözlərində qəm, hisslərim ölmədən, tez gəl

[Bənd]
Göz yaşın göydən buludlar atdı
Biri düşməndir ona bu gün “mən” adlı
Əl dəyməyin, o bu gün qonaqdır
Sevmək olmaz axı, sevgi günahdır

Tanrım qırıb qanadını
Düşünür nədənsə unutmaq haqdır
Mənim ona dediyim ən böyük yalan
“Unudaram” deyib də, unutmamaqdır

Xatirələrini unuda bilərəm
Unuda bilmədiyin göz-qaşı olur
5 aydır bir-birimizdən ayrıyıq
Sevgimizin isə 1 yaşı olur
Ürək döyüntüləri başqa vaxt susur
Pusquda durubdur, başqaları pusur
Boş qalıbdı qəlb, xoş halınla gəl
Hər qadında səni tapmaq arzusu…

Olmur... Məhv eləmək
Nifrət içində doğulmadan
O qəlbi gərək sən tərk edib gedəsən
Vaxtından əvvəl, qovulmadan

Sevgi hisslərin yorulmadan
Bax, daş heykəllər də olub adam
Bağışlamaq olmur göz yaşlarını
Dəniz gözlərində boğulmadan

Əlimi buraxıb getməz deyirdim…
O bunu mənə etməz deyirdim
Dünyam dağıldı viran oldu
Ayrılmayacağdıq, Mira, nə oldu?!

Aldığın saatı da Xəzərə atmışam
Sən gedəndən, çünki, zaman dondu
1 track-lik gəlmişdim yanına
Getməliyəm artıq, zaman doldu