Eyyub Yaqubov
Azəri Torpağı
[Nəqərat]
Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma

[Bənd 1]
Olmuşam mən yurdumun Nabranında, Göygölündə
Novxanı bağlarında, digər səfalı yerində
Göz açanda Bakıdan almışam mən ilhamımı
Necə də sevməyim mən doğma Azərbaycanımı?

[Nəqərat]
Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma

[Bənd 2]
Əyandır Bakımın tarixi, keçmiş dünyası
Şirvanşahlar sarayı, İçərişəhər, Qız qalası
O vaxtdan bu günə kimi əzizləyir yadigarı
Keçmiş illər xatiri Azərbaycan diyarı
[Nəqərat]
Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma

[Bənd 3]
Getdikcə qədim Bakı günü-gündən cavanlaşır
Mavi Xəzər sahilin, hər yan əlvan, yaşıllaşır
Bakıma hər yandan tez-tez qonaqlar axışır
Vətənim çox gözəldir, hamı deyir, hamı danışır

[Nəqərat]
Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma

Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma