Eyyub Yaqubov
İçərişəhər
[Bənd 1]
Sən qədim Bakının yadigarısan
İçərişəhərim, cavanlığımsan
Uşaqlıq illəri yadıma düşər
Səni görəndə mən, İçərişəhər (Ay balam)
Səni görəndə mən, İçərişəhər
Səni görəndə mən, İçərişəhər (Ay canım)
Səni görəndə mən, İçərişəhər

[Bənd 2]
Çox görüb daşların pisi, yaxşını
Açmayıb düşmənlər Qala Qapısını
Sən mərdlik rəmzisən, qəlbim sevinər
Səni görəndə mən, İçərişəhər (Ay balam)
Səni görəndə mən, İçərişəhər
Səni görəndə mən, İçərişəhər (Ay canım)
Səni görəndə mən, İçərişəhər

[Bənd 3]
Bir anlıq istərəm, əziz şəhərim
Qayıtsın yenidən o illər geri
Uşaqlıq dostlarım, köhnə məhəllələr
Səni unutmaram, İçərişəhər (Ay balam)
Səni unutmaram, İçərişəhər
Səni unutmaram, İçərişəhər (Ay canım)
Səni unutmaram, İçərişəhər
Səni unutmaram, İçərişəhər (Ay canım)
Səni unutmaram, İçərişəhər
Səni unutmaram, İçərişəhər (Ay canım)
Səni unutmaram, İçərişəhər