[Bənd 1]
Yaz yağışlarına bağışla məni
Dünya təmizlənsin yağış selində
Gülən baxışlara bağışla məni
Danışaq, dərdləşək yağış dilində
Gecə ulduzlara bağışla məni
İşığa bürünsün bu dünya özü
Ulduzlar söz açsın bu sevgimizdən
Sevincdən alışsın göylərin gözü
[Nəqərat]
Bağışla, nə olar, bağışla məni
Dəli küləklərə bağışla məni
Bir axşam qapını qəfil açaram
Bağışla küləklərə məni
Bağışla, nə olar, bağışla məni
Mavi dənizlərə bağışla məni
Dalğası, ləpəsi gözümə dolsun
Bağışla dənizlərə məni
[Bənd 2]
Üfüqdə günəşə bağışla məni
Ürəyim işığa, nura boyansın
Güllü bağçalara bağışla məni
Quşların səsiylə səhər oyansın
Gecə ulduzlara bağışla məni
İşığa bürünsün bu dünya özü
Ulduzlar söz açsın bu sevgimizdən
Sevincdən alışsın göylərin gözü
[Nəqərat]
Bağışla, nə olar, bağışla məni
Dəli küləklərə bağışla məni
Bir axşam qapını qəfil açaram
Bağışla küləklərə məni
Bağışla, nə olar, bağışla məni
Mavi dənizlərə bağışla məni
Dalğası, ləpəsi gözümə dolsun
Bağışla dənizlərə...
Bağışla, nə olar, bağışla məni
Dəli küləklərə bağışla məni
Bir axşam qapını qəfil açaram
Bağışla küləklərə məni
Bağışla, nə olar, bağışla məni
Mavi dənizlərə bağışla məni
Dalğası, ləpəsi gözümə dolsun
Bağışla dənizlərə məni