Eyyub Yaqubov
Ata
[Bənd 1]
Bu kövrək qəlbimin nuru, işığı
Şirin xəyallarım, ilhamım - ata
Bu kövrək qəlbimin nuru, işığı
Şirin xəyallarım, ilhamım - ata

Övladın sevinci, ailə dayağı
Ömrümün mənası, varlığım - ata
Övladın sevinci, ailə dayağı
Ömrümün mənası, varlığım - ata

[Nəqərat]
Sənsən ümid yerim, sənsən haqq yerim
Sənə mən “Pir” deyim, ziyarət edim
Sənsən ümid yerim, sənsən haqq yerim
Sənə mən “Pir” deyim, ziyarət edim

Sən yaşa, özümü mən qurban deyim
Sən yaşa, özümü mən qurban deyim

Sönməz asimanım, dayağım - ata
Andım, qibləgahım, vüqarım - ata
Sönməz asimanım, dayağım - ata
Andım, qibləgahım, vüqarım - ata

[Bənd 2]
Sən bizi böyütdün heç “uf” demədin
Ac oldun, tox oldun, sən əyilmədin
Sən bizi böyütdün heç “uf” demədin
Ac oldun, tox oldun, sən əyilmədin
Halal tapdalayıb haram yemədin
Andım, qibləgahım, vüqarım - ata
Halal tapdalayıb haram yemədin
Andım, qibləgahım, vüqarım - ata

[Nəqərat]
Sənsən ümid yerim, sənsən haqq yerim
Sənə mən “Pir” deyim, ziyarət edim
Sənsən ümid yerim, sənsən haqq yerim
Sənə mən “Pir” deyim, ziyarət edim

Sən yaşa, özümü mən qurban deyim
Sən yaşa, özümü mən qurban deyim

Sönməz asimanım, dayağım - ata
Andım, qibləgahım, vüqarım - ata
Sönməz asimanım, dayağım - ata
Andım, qibləgahım, vüqarım - ata

Sönməz asimanım, dayağım - ata
Andım, qibləgahım, vüqarım - ata
Sönməz asimanım, dayağım - ata
Andım, qibləgahım, vüqarım - ata